Kişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTO

Kişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOŞamaxıda vətəndaş məmur tərəfindən döyüldüyünü iddia edir.

Bu barədə Oxu.Az-a döyüldüyü deyilən Şamaxı rayon Məlikçobanlı kənd sakini 1990-cı il təvəllüdlü Nuriyev Ülvi Daşqın oğlunun atası Nuriyev Daşqın Yusif oğlu məlumat verib.

Şikayətçi ata iddia edir ki, oğlu Ü.Nuriyev Şamaxı Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən döyülüb:

"Oğlumu İcra və Probasiya Şöbəsində qolunu burub otağa saldılar. Babək adlı əməkdaş və onun yanındakı şəxslər oğlumu döydükdən sonra buraxıblar. Axşam təcili tibbi yardım çağırmışam. Mübahisə zamanı qurum əməkdaşları ilə aramızda çəkişmə yarandı, həyat yoldaşımın sinəsi, mənim qolum əzildi. Bunlar ciddi xəsarət olmasa da, oğluma sağlamlığına ağır zərər dəyib. Aidiyyəti qurumların bu məsələni araşdırmasını və həmin şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri üçün işdən azad edilmələrini istəyirik".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş tərəfindən məsələ ilə bağlı DİN-in "102" Xidməti Zəng Mərkəzinə müraciət daxil olub:

"Vətəndaşın müraciəti əsasında onun izahatı alınıb. Araşdırmanın davam etdirilməsi üçün iş rayon prokurorluğuna göndərilib".

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı hazırda Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılmaqla müvafiq izahatlar alınıb:

"Müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcək".

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən səsləndirilən iddialara cavab olaraq Oxu.Az-a bildirilib ki, iyunun 6-da Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə gələn borclu şəxs Ozal Nuriyevin yaxın qohumları kimi özlərini təqdim edən 1990-cı il təvəllüdlü Nuriyev Ülvi Daşqın oğlu və digərləri borclunun şöbəyə dəvət edilməsinə etiraz edərək icra məmuru Babək İsmayılovu təhqir etməklə qurumun iş rejimini pozmağa cəhd göstəriblər:

"Şöbənin əməkdaşlarına qarşı yol verilmiş qanunazid hərəkətlərin qarşısının alınması ilə bağlı qanunamüvafiq tədbirlər görülüb və aidiyyəti orqanlara məlumat verilin.

Baş vermiş hadisə ilə bağlı araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Kişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTOKişi oğlunun döyüldüyünü, məmur isə söyüldüyünü deyir - İcra və Probasiya Şöbəsində QALMAQAL + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1476   Tarix: 07 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:

22 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl

21 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

2 yaşlı uşaq su kanalında boğuldu

Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır

22 oktyabr