Tüfeyli həyata görə oğullarını döyən qonşusunu ÖLDÜRDÜ: "Uşaqlarımı qorumaq istədim"
Bakıda 74 yaşlı qonşusunu kəsici alətlə vuraraq öldürən şəxs həbs edilib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin dekabrında baş verib.
Belə ki, hadisə günü təqsirləndirilən Ceyhun Ağabəyov (soyad şərtidir) evinə gələrkən binanın qarşısında qonşusu Vaqif Quliyevin (soyad şərtidir) Ağabəyov ailəsinin tüfeyli həyat tərzi keçirməsinə etiraz edərək oğullarını döydüyünü görüb və vəziyyətə müdaxilə edib. Bu zaman o, əlindəki kəsici alətlə qonşusunun sinə nahiyəsindən bir zərbə vuraraq ağır xəsarət yetirib. Hadisə nəticəsində Vaqif Quliyev ölüb.
Hadisə ilə bağlı başlanılan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmədə ifadə verən Ceyhun Ağabəyov bildirib ki, o, qonşusunu oğullarını qorumaq üçün vurub. Öldürmək niyyəti olmayıb və əməlindən peşmandır:
"Özüm ikinci qrup əliləm, əsəb xəstəsiyəm. Heç yerdə işləyə bilmirəm. Günümün əksər hissəsini zibilliklərdən yararlı əşyalar toplamaqla keçirirəm. Ərzaq tapanda da evə gətirirəm. Həmin gün də zibil yığıb evə qayıdırdım. Gördüm ki, Vaqif binanın qabağında dəmir dabankeşlə oğlanlarımı döyür. Yaxınlaşıb müdaxilə etdim. Oğlanlarımı qorumaq üçün elə zibillikdən tapdığım dəmir parçasını ona vurdum. Onu öldürmək istəmirdim. O əvvəlcə diz üstə yıxıldı. Sonra da ayağa durub binaya girdi. Daha sonra təcili yardım yaxınlaşdı və polislər gəlib bizi apardılar. Bizim onunla əvvəllər münasibətimiz yaxşı olub. Sonra arvadlar arasında məişət söhbətlərinə görə dava düşdü. Bundan sonra münasibətlər korlandı".
Hadisə nəticəsində həyatını itirən Vaqif Quliyevin oğlu məhkəmədə verdiyi ifadədə bildirib ki, ona bu barədə xəbəri anası verib:
"Atamın 74 yaşı var idi. Hamı ilə münasibəti çox yaxşı olub. Həmin gün Ceyhun və iki oğlu atamla mübahisə ediblər. Nəticədə Ceyhun qəfildən atama əlindəki əşya ilə zərbə endirib. Onun əlində nəyin olduğunu heç kim görməyib. Hadisə baş verəndən sonra anam mənə zəng etdi. Mən gəlib təcili yardım çağırdım və atamı xəstəxanaya apararkən yolda öldü".
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Ağabəyov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1358 Tarix: 07 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto
Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirən Elşənin fotosunu təqdim edirik:
22 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrLeyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrOrdubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrPensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI
Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec
22 oktyabrLeyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs
21 oktyabr2 yaşlı uşaq su kanalında boğuldu
Xəzər rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. "Qafqazinfo" xəbər verir ki, hadisə Buzovna qəsəbəsində baş verib. 2024-cü il təvəllüdlü Fatimə Zahid qızı Cabbarova yaşadığı evin qarşısındakı su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır
22 oktyabr