Qız üstündə qətl: Qazini öz dostu öldürüb - TƏFƏRRÜAT
İyunun 15-də Şabranda qazi Orxan Əliyevin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, 25 yaşlı Orxan Əliyevi öldürməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə vaxtilə onun dostu olub.
Dostların münasibəti ikisinin də eyni qızı sevməsindən sonra pozulub. Hadisə barədə danışan Teymur Cəfərzadənin atası Mübarək Cəfərzadə cinayətin baş verməsində həmin qızın günahkar olduğunu bildirib.
"Orxanla Teymur möhkəm dost idilər. Marketdə işləyirdilər. Aralarında qıza görə mübahisə olub. Əvvəllər o qızla Teymur sevgili olub, razılığımız olmadığına görə, ayrılmışdılar. Sonra qız Orxanla nişanlandı. Buna baxmayaraq, qız Teymurdan əl çəkmirdi, davamlı mesajlar yazaraq, oğlumdan onu qaçırmasını istəyirdi. Teymur da dostuna nişanlısının ona mesajlar yazdığını deyib və həmin mesajları göstərib".
Mübarək Cəfərzadənin dediyinə görə, hadisədən 10 gün öncə Orxanla Teymur söz-söhbətə son qoyaraq barışıblarmış:
"Orxan nişanı qaytarmaq istəyəndə qız onun iş yerinə gələrək yalvarıb, atası və qardaşından qorxduğunu deyib.
Hadisədən iki gün öncəyə qədər onların arasında heç bir problem olmayıb, Orxan Sumqayıta işləməyə gedəndə qız da onun arxasınca gedib. Orada nə danışıblarsa, yenidən Teymurla aralarında mübahisə düşüb. Oğlumla görüşüblər, sonra bu hadisə baş verib. Teymuru özüm aparıb polisə təslim etdim. Bir qıza görə iki ailə pis vəziyyətə qaldı, çox üzgünəm, kaş belə hadisə olmayaydı".
Hazırda qətllə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4499 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin
22 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrBəzi yerlərdə leysan yağacaq, dolu düşəcək
Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
20 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrVətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs
21 oktyabrSumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun
20 oktyabr