Putin Britaniyanın keçmiş baş nazirini alçaldıb? – Qordon Braun detalları AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin yalnız güc dilini anlayır.
Bu fikirləri Böyük Britaniyanın keçmiş baş naziri Qordon Braun "BBC News"a müsahibəsində səsləndirib.
Siyasətçinin sözlərinə görə, Rusiya prezidenti onu alçaldıb və alçaq kresloda oturmağa məcbur edib. "Daily Mail" nəşri onun dediklərindən sitat gətirib.
Söhbət 2006-cı ildə Braunun Moskva səfərindən gedir. O, həmin vaxt hələ ölkənin baş naziri olmayıb, xəzinədarlığın rəhbəri vəzifəsində çalışıb.
Braun xatırladıb ki, onu qəsdən alçaq kresloya yerləşdiriblər ki, Putinə aşağıdan yuxarı baxsın.
Bundan əlavə, rusiyalı siyasətçidə eks-baş nazirin dosyesi olan bütöv bir qovluq olub.
"O, sənədləri çıxardı və mənim haqqımda olan bütün məlumatları ucadan oxumağa başladı, sanki sübut etmək istəyirdi ki, o, məni məndən daha çox tanıyır", - britaniyalı deyib.
Braun əlavə edib ki, Putin o zaman, sözün əsil mənasında onu qorxudub.
Qeyd edək ki, Qordon Braun 2007-2010-cu illərdə Böyük Britaniyanın baş naziri olub./Bizim.Media
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1063 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrYəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub
Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə
21 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrMonteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. APA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib. Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasınd
21 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabr