DYP bu sürücülərə xəbərdarlıq etdi: Axşam saat 21:00-dan səhər saat 7:30-dək...

DYP bu sürücülərə xəbərdarlıq etdi: Axşam saat 21:00-dan səhər saat 7:30-dək...Gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Pomidorla dolu yük avtomobili aşıb. Qəza zamanı xəsarət alan olmasa da, avtomobilə zərər dəyib, daşıdığı kənd təsərrüfatı məhsulu isə tamamilə yararsız hala düşüb. Baş vermiş hadisə fonunda yol polisi belə nəqliyyat vasitələrinin sürücülərinə ciddi xəbərdarlıq edib.

Son bir neçə gündə kənd təsərrüfatı məhsulları daşıyan yük avtomobillərinin iştrakı ilə ard-arda qəzalar baş verib.

Sonxeber.az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün bundan əvvəl Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində kartof daşıyan kiçik tutumlu yük avtomobili idarəetmədən çıxaraq qarşıda olan digər yük avtomobilinə çırpılıb. Nəticədə yük avtomobillərinin birində olan kürdəmir rayon sakini, 20 yaşlı gənc hadisə yeridə ölüb. Gecə isə paytaxtın Bəşir Bünyadov küçəsində pomidor daşıyan kiçik tutumlu yük avtomobili aşıb. Xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi zərər dəyib. Daşınan məhsul isə yararsız hala düşüb.

Yay mövsümü ilə əlaqədar bölgələrdən paytaxta meyvə-tərəvəz məhsullarının daşınması artıb. Aqrar məhsulları səhər saatlarında paytaxta çatdırmaq üçün əksər sürücülər gecə boyu avtomobil idarə edirlər. Son bir neçə gündə məhz belə nəqliyyat vasitələrinin qəzaya uğraması sürücülərin məsuliyyətli olmalarını aktuallaşdırır. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin, baş inspektoru Araz Əsgərli deyir ki, kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin sürücüləri maksimum dərəcədə yollarda diqqətli olmalıdırlar

Araz Əsgərlinin sözlərinə görə nazirlər kabinetinin müvafiq qərarına əsasən yük avtomobilləri paytaxt ərazisinə yay fəslində axşam saat 21:00-dan səhər saat 07:30-a qədər daxil ola bilərlər. Qışda isə buna 20:00-dan səhər 07:30-a qədər icazə verilir.

Qeyd edək ki, təhlükəsizliyi təmin etmək məqsədi ilə yol polisi yük avtomobilləri sürücülərinə nəzarəti artırıb və vaxtından tez paytaxta daxil olan belə sürücüləri inzibati qaydada cərimə olunurlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3999   Tarix: 19 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Leyla Əliyeva Əminə Ərdoğanla görüşdü - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistana səfəri çərçivəsində oktyabrın 21-də Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub. Axşam.az xəbər verir ki, komplekslə tanışlıq zamanı Leyla Əliyeva Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavin

22 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək

Oktyabrın 21-i əsasən dağlıq və dağətəyi rayonlarda, 22-23-də isə bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

20 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi

Vətən Müharibəsi Qəhrəmanı, Hərbi Dəniz Qüvvələrinin (HDQ) zabiti Xaliq İbrahimova növbəti hərbi rütbə verilib. "Qafqazinfo"nun əldə etdiyi məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı Əmr imzalayıb. Əmrə əsasən, X.İbrahimova 1-ci dərəcəli kapitan hərbi rütbəs

21 oktyabr
.

Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"

İstanbulda müşahidə olunan güclü leysan yağışları sel, daşqın və şəhərdaxili su basmaları riskini yenidən gündəmə gətirib. Azərbaycanda da intensiv yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, dağlıq ərazilərdə sel hadisələrinə və şəhərlərdə infrastrukturla bağlı problemlərə səbəb ola bilər. Bel

20 oktyabr
.

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi bəlli oldu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2 oktyabr 2026-cı il tarixində Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı aparılan araşdırmalar və laborator müayinələr yekunlaşıb. xəbər verir ki, bu barədə Bizim.Media-nın sorğusun

20 oktyabr