Putin məni bu cür alçaltdı və hədələdi – Qordon Braun
Böyük Britaniyanın sabiq baş naziri Qordon Braun hələ maliyyə naziri kimi Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə görüşü haqda danışıb.
Sonzeber.az Axar.az-a istinadla xəbər verir ki, Braun "Deyli Teleqraf"a müsahibəsində Putinlə ilk dəfə 2006-cı ildə görüşdüyünü xatırladıb.
"Məni çox alçaq stulda oturtdular ki, Putinə aşağıdan yuxarı baxım. Əlbəttə, Putin kifayət qədər balacaboydur və ayağına həmişə dabanları hündür olan ayaqqabı geyinir.
Onun qarşısına mənim dosyem qoyulmuşdu və o, bu dosyeni vərəqləyərək, orda yazılanları mənə oxuyurdu – sanki haqqımda mənim özümdən çox bildiyi təəssüratını yaratmağa çalışırdı. Ona görə deyəndə ki, Putin dəyişib və daha aqressiv olub, doğru deyil, Putin elə o vaxt aqressiv idi və məni hədələmişdi".
Braun əlavə edib ki, Putin yalnız kobud gücü başa düşür və ona hörmət edir:
"İstənilən kompromis cəhdini o, zəiflik kimi qarşılayır. Məqsədinə çatmaq üçün prinsiplərdən imtina etmək xarakterinə malikdir".
Braunun sözlərinə görə, Qərbin Krımın anneksiyasına zəif reaksiyası Putini öz aqressiyasını davam etdirməyə həvəsləndirdi və bu, təkcə Ukraynada deyil, həm də Suriyadadır.
Qeyd edək ki, Braun 2007-2010-cu illərdə Britaniyanın baş naziri olub. Braun 2008-ci ildə başlayan iqtisadi krizisə görə vaxtından əvvəl istefa verib.
Bundan əvvəl isə o, Toni Bler hökumətində (1997-2007) maliyyə naziri vəzifəsində çalışıb
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1491 Tarix: 19 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In komaya düşüb? - Bacısı yerinə keçə bilər
Şimali Koreya lideri Kim Çen Inın beyninə qan sızması nəticəsində komaya düşdüyü barədə sosial şəbəkələrdə iddialar yayılıb. "Qafqazinfo" "The Sun" nəşrinə istinadən xəbər verir ki, iddialara görə, vəziyyəti kəskin pisləşdiyindən və Pxenyanın tibbi imkanları kifayət etmədiyindən o
20 oktyabrYəməndə raket hücumu nəticəsində onlarla hərbiçi həlak olub
Yəmənin Şəbva vilayətində hökumət qüvvələrinin təlim düşərgəsinə raket hücumu nəticəsində azı 58 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir. Daha 14 nəfərin itkin düşdüyü qeyd olunur. Hücum ölkədə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb. Associated Press-ə istinadən xəbə
21 oktyabrAstronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy
19 oktyabrMonteneqro noyabrın 1-dən Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir
Monteneqro Rusiya vətəndaşları üçün noyabrın 1-dən viza rejiminin tətbiqi barədə Rusiyanı rəsmi şəkildə məlumatlandırıb. APA xəbər verir ki, bu barədə Rusiyanın Monteneqrodakı səfiri Aleksandr Lukaşik bildirib. Diplomatın sözlərinə görə, Monteneqro tərəfi 2008-ci il sentyabrın 24-də iki ölkə arasınd
21 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrMilanda kütləvi iğtişaşlar səbəbindən qoşunlar yerləşdirilib
İtaliya hökuməti 17-18 oktyabr iğtişaşlarından sonra Milana 500 əsgər göndərəcək. xəbər verir ki, "The Guardian" qəzeti yazır ki, ölkədə artan yaşayış qiymətlərinə etiraz edən nümayişçilər polislə toqquşub, dizayner geyim mağazaları da daxil olmaqla, mağazalar talan edilib və dağıdılıb. Hərbçiləri
20 oktyabr