"Azərbaycan sadəcə Azərbaycanda yaşayan insanların vətəni deyil" - Zahid Oruc
İstiqamət: Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Azərbaycanda diaspor quruculuğu, lobbiçilik, dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində hansı işlər görülür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən deputat Zahid Oruc bildirib ki, son on ildə xaricdə yaşayan azərbaycanlılar bir güc halında formalaşaraq yaşadıqları ölkənin ictimai,siyasi, mədəni həyatına, o cümlədən informativ məkana təsir ediblər:
"Ötən on ildə bu sahədə böyük işlər görülüb. Rəsmi dövlət qurumu yaradılması, ardınca dünyanın müxtəlif ərazilərinə səpələnmiş soydaşlarımızın ictimai,siyasi,mədəni birliyinin formalaşdırılması, onların arasında yaxın əlaqələrin qurulması istiqamətində mühüm dövlət siyasəti həyata keçirilib. Şübhəsiz ki, bütün bunlar uzun on illər ərzində həm sistemli bir kurs tələb edib, həm də maliyyə vəsaitləri o istiqamətə yönəlib. Son 30 ildə müstəqilliyimizin yaşı ərzində, Qarabağ savaşı dövründə qələbəmizdə bu amil böyük rol oynadı ki, dünyada yaşayan azərbaycanlılarla onların doğma vətəni arasında əlaqələri qurmaq hesabına ermənilərə qarşı dirəniş göstərə bildik. Bu bir reallıqdır ki, Türkiyədə Birinci Dünya müharibəsi zamanı ermənilərin məlum əməlləri nəticəsində onların köçməyə məcbur olması fonunda son 100 ildə ermənilər dünyada lobbi və diaspora quruculuğunda yetərincə böyük məsafə qət ediblər. Onlar sistemləşiblər, təşkilatlanıblar, daimi nifrət idealları altında Türkiyə və Azərbaycana qarşı birləşiblər, maliyyə resurslarını səfərbər ediblər, dövlət rəhbərlərinin yanında yer alıblar, parlamentə seçiliblər və dünyəvi güc halına gəliblər. Armen Sarkisyan 2021-ci ildə prezident olduğu dövrdə "ermənilər kiçik dövlət, böyük dünyəvi millətdirlər" şüarını səsləndirmişdi. Bu fikrin əsasında o dayanırdı ki, müxtəlif ölkələrdə həqiqətən də güclü bir lobbi kimi formalaşa biliblər. Bunun qarşılığında son on ildə azərbaycanlıların dirəniş gücü əldə etməsi asan məsələ deyil. Nəzərə alsaq ki, bizim soydaşlarımızı birləşdirmək o qədər də asan olmurdu. Müxtəlif subyektiv amillər həmişə dövrəyə girirdi və məsələyə təsir göstərirdi. Artıq tam əminliklə deyə bilərəm ki, bu məsələdə problemlər müəyyən qədər keçmişdə qalıb. İndi artıq diaspora, xüsusilə 2 və 3-cü nəsil azerbaycanlılar və türklər dünyada bir tərəfdən özlərini assimilyasiyaya uğramaqdan qoruya bildilər, digər tərəfdən bir güc halında formalaşaraq yaşadıqları ölkənin ictimai,siyasi, mədəni həyatına, o cümlədən informativ məkana təsir etdilər. Ona görə də Prezident İlham Əliyev dünya azərbaycanlılarının qurultayını Şuşada keçirtdi. Zənnimcə bütün bunlar ona işarə idi ki, bu qələbədən sonra yeni strateji hədəflər var.
Bəlkə də müxtəlif dövlətlərin, xalqların diasporlara ehtiyacı olmaya bilər, çünki onlar bizim reallıqlardan bir qədər kənarda yaşayırlar. Onlar üçün Qarabağ məsələsi və ərazilərinə yüz illik hücumlar baş verməyib. Onlar buna ehtiyac duymurlar. Ola bilər dövlət komitələri də yoxdur. Amma bizim gerçəklikdə diaspora işi xarici siyasət kursunun ən mühüm platformalarından biri olub və elə hesab edirik ki, sonrakı dönəmdə yeni hədəflər uğrunda mübarizədə onların köməyinə ehtiyacımız olacaq.Azərbaycan sadəcə Azərbaycanda yaşayan insanların vətəni deyil, müxtəlif səbəblərdən başqa ölkələrdə məskən salan insanların da vətənidir.
İndi erməni dünyasının vahid qüvvə halında birləşməsi xeyli çətinləşib. Qarabağ savaşındakı məğlubiyyət onların da arasında parçalanmaya səbəb olub. Rusiya erməni konqresinin bir, Amerikada yaşayan ermənilərin iki, Avropadakıların üç mövqeyi var. Onların daxilində də ciddi parçalanma yaranıb. Məğlub olan ermənilər deyirlər ki, niyə diaspor erməniləri gəlib bizlə döyüşmədilər? Ona görə ermənilərdən bu anlamda nümunə götürməkdənsə, daha çox yeni hədəf və proqramlar qarşıya qoymaq lazımdır. İlk növbədə təşkilatlanmaq, siyasi qüvvə halında çıxış etmək, yaşadıqları ölkənin idarəetməsində mövqe tutmaq və s. kimi məsələlər öndə olmaq lazımdır".
Material Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyinin maliyyə
dəstəyi ilə hazırlanmışdır.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar