İşğaldan azad olunmuş bu ərazilərə arıçılıq təsərrüfatları köçürülür
İşğaldan azad olunmuş ərazilərə qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Yaylaqlarda son dərəcə zəngin bitki örtüyü və yem ehtiyatı mövcuddur. İşğaldan əvvəlki dövrdə bu yaylaqlar Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən təsərrüfatların əsas köç yeri olub. 30-dan çox rayonun təsərrüfatları mövsüm ərzində Kəlbəcərin Sarıyer, Söyüdlü, Qoşdaş yaylaqlarına köç edib. Torpaqlarımız işğaldan azad edildikdən sonra artıq ikinci ildir ki, qoyunçuluq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçü təşkil olunur.
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Kəlbəcər və Laçın yaylaqlarına köçürülmüş qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirir. Monitorinqlərin keçirilməsində məqsəd yaylaqlardakı sürülərin ümumi vəziyyətinə baxış keçirmək və müalicəyə ehtiyacı olan heyvanlara yerində baytarlıq yardımı göstərməkdir. Baytar Həkimlər qrupunun iştirakı ilə ilk monitorinq Kəlbəcər rayonunun Sarıyer yaylağında keçirilib.
Azad olunmuş ərazilərə köçlə əlaqədar təsdiqlənmiş reqlamentə əsasən, yaylaqlara gedəcək sürülərdə heyvan xəstəliklərinin profilaktikası ilə əlaqədar müvafiq preventiv tədbirlər həyata keçirilib. Xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləndikdən sonra heyvanların köçünə icazə verilib.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Bayandur Rzayev bildirib ki, təsərrüfatlarda bütün baytarlıq tədbirləri, o cümlədən peryvəndləmə işləri həyata keçirilib: "Köç ərəfəsində preventiv tədbirlər tam şəkildə başa çatıdırlıb. Heyvanlara xüsusi təhlükəli xəstəliklərə, o cümlədən dabaq, qarayara və digər xəstəliklərə qarşı vaksinasiya işləri aparılıb. Sürülər yaylağa qalxmazdan əvvəl heyvanlar üzərində olan qan-parazitar xəstəlik daşıyıcılarının yaylaqlara daşınmasının qarşısını almaq üçün xüsusi yuyulma vannalarından keçirilib. Həkim heyəti sürülərin ümumi vəziyyətinə baxış keçirir. Heyvanlar ümumi müayinədən keçirilir, müalicəyə ehtiyacı olan heyvanlara baytarlıq yardımı göstərilir. Hesab edirik ki, Kəlbəcər yaylaqlarının təbiəti, zəngin ot ehtiyatı, minerallarla zəngin suları bu təsərrüfatlarda məhsuldarlığın artmasına kifayət qədər təsir göstərmiş olacaq".
Ötən il pilot layihə çərçivəsində ilk dəfə Kəlbəcərə yaylaqlarına 10 min başa yaxın xırda və iribuynuzlu heyvanın köçürülməsi təmin edilmişdi. Bu il isə yaylaqlara 300 mindən çox heyvan aparılıb. 2022-ci ildə azad olunmuş bütün ərazilərdən olan rayonların fermerlərinə öz qoyunçuluq təsərrüfaltarını Kəlbəcər və Laçın yaylaqlarına aparmağa icazə verilib.
Hazırda Kəlbəcər və Laçın yaylaqlarına qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçürülməsi davam edir./milli.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda yağ kəskin bahalaşdı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Şahzadə bahalığa görə 5 əsrlik sarayı kirayə verir - Napoleon burada böyüyüb - Fotolar