"Azərbaycan və Özbəkistan arasında informasiya mübadiləsi genişlənəcək"- Qulu Məhərrəmli
Dünən Daşkənddə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO), Özbəkistan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Biznes forum çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb. Bunların arasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də yer alıb.
Bununla bağlı Sonxeber.az-a açıqlama verən əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, söz və mətbuat azadlığının inkişafı baxımından Azərbaycanın Özbəkistana təsir imkanları daha çoxdur:
"Ümumiyyətlə, türkdilli respublikalar arasında, xüsusilə də mədəniyyət sahəsində əlaqələrin genişlənməsi çox yaxşıdır. Media sahəsində də memorandumun imzalanmasının müsbət cəhəti odur ki, biz Özbəkistanın daxili həyatında nə baş verdiyindən xəbər tuturuq. Özbəkistanla müqayisədə Azərbaycan mətbuat azadlığı sahəsində çox böyük uğurlar əldə edib. Bizdə müxtəlif siyasi təmayüllü media var, internet azaddır. Hesab edirəm ki, söz və mətbuat azadlığının inkişafı baxımından Azərbaycanın Özbəkistana təsir imkanları daha çoxdur, nəinki bunun əksi.
Memorandumun müsbət tərəfi budur ki, tərəflər bir-birindən informasiya ala biləcək. Regional, geostrateji, geosiyasi məsələlərdə tərəflərin üst-üstə düşən maraqları var və bu maraqlardan birgə çıxış edə biləcəklər. Önəmli olan budur ki, qardaş və dost ölkələr arasında informasiya mübadiləsi genişlənəcək".
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 898 Tarix: 22 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ordubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabr