"İki türkdilli respublikaların bundan sonra daha intensiv fəaliyyətləri üçün uğurlu platforma açılır" - Bəhruz Quliyev
"Azərbaycanla Özbəkistan arasında baş tutan biznes forumu çərçivəsində digər sahələrlə yanaşı medianın da diqqətə alınması ilk növbədə ölkələrimizin informasiya mübadiləsinə, habelə mətbuatlarımızın sıx əlaqəsinə öz töhfələrini vermiş olacaq".
Bu fikirləri Sonxeber.az-a "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev mövzu ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, həm Azərbaycanın Medianın İnkişafı Agentliyinin, həm də Özbəkistan Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin birgə əməkdaşlıqları iki türkdilli dövlətlərin çoxşaxəli əməkdaşlıq mühitinə əlavə impulslar verəcək:
"Nəzərə alsaq ki, bu gün Özbəkistan yerləşdiyi Orta Asiya regionunun aparıcı dövlətlərindən biri olması ilə yanaşı həm də iqtisadi, sənaye və hərbi-strateji mühitdə önəmli yer tutur. Eləcə də Azərbaycanın Cənubi Qafqaz regionunda danılmaz liderlik mövqeyi mövcuddur. Bu zaman hər iki türkdilli respublikaların bundan sonra daha intensiv fəaliyyətləri üçün uğurlu platforma açılacaq. Məhz bu platformaları təqdim edən mühüm sahələrdən biri də mətbuatdır. Hesab edirəm ki, ölkələrimizin media agentliklərinin daha sıx əməkdaşlıqları qarşıdakı zamanlarda jurnalistlərimizin paralel əməkdaşlıq sferasına öz münbit təsirlərini göstərəcək. Yəni əməkdaşlıq sənədinin imzalanması bu kimi çoxsaylı uğurları, rentabelli münasibətləri ehtiva etməkdədir".
"SƏS" qəzetinin baş redaktoru eyni zamanda iki türkdilli medianın ortaq maraqlara səmərə verəcəyini vurğulayıb:
"Əbəs deyil ki, hər iki ölkənin dövlət başçılarının səsləndirdikləri bəyanatları və xüsusilə imzalanan Bəyannamə bütövlükdə qarşıda dayanan çağırışların uğurla icra edilməsinə zəmin yaradır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Bakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycanda yağ kəskin bahalaşdı
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Səhər saatlarında 13 nömrəli avtobus problemi - "BakuBus" sorğumuza cavab vermədi
Təranə Qumral Əli Mirəliyevə ömürlük cəza istədi, müğənnidən sərt cavab gəldi
Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi