Yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət

Yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciətSəhiyyə Nazirliyinin həkimi, ekspert Zakir Quliyev yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan müraciətdə deyilir:

"Avtonəqliyyat vasitələri ilə səfərlərin təhlükəsiz başa çatması sürücülərin keyfiyyətli yuxu alması, doğru qidalanması və təbii ki alkoqollu içkilərdən imtina etməsi ilə birbaşa bağlıdır.

DİN-in Baş DYP İdarəsinin bu sahədə apardığı maarifləndirmə işinə töhfə verəcəyinə, eləcə də qeyd olunan amillərin daha ətraflı öyrənilməsinin və vacib məqamların yadda saxlanılaraq təcrübədə tətbiq edilməsinin yol hərəkəti təhlükəsizliyi üçün əhəmiyyətli olacağına inanaraq bəzi tövsiyələri sürücülərin diqqətinə çatdırırıq.

1. Keyfiyətli yuxu.

Hər bir insanın yuxu ehtiyacları və rejimləri fərqli olsa da, əksər böyüklər üçün orta yuxu müddəti 8 saatdır. Keyfiyyətsiz yuxu və ya kifayət qədər yuxu almamaq sonradan həddindən artıq yuxuya səbəb ola bilər ki, bu da diqqətinizin və performansınızın azalmasına bilavasitə təsir göstərən amildir. Nəqliyyat vasitələrinin yuxulu halda idarə olunması isə təbii ki potensial təhlükə mənbəyi olub yol qəzalarının baş verməsini qaçılmaz edir.

2.Sürücülərin qidalanma tərzi.

Gün ərzində istehlak etdiyimiz qidalar və ümumi qidalanma tərzimiz konsentrasiyaya və diqqətə düşündüyümüzdən daha ciddi təsir göstərir. Doğru qidalanmaqla yolları təhlükəsiz qət etmək isə sürücülərin öz əlindədir.

Elmi araşdırmalar göstərir ki, səhər yeməyi konsentrasiyaya və diqqətə əhəmiyyətli dərəcədə təsir göstərən amildir. Səhər yola düşəcək sürücülərin səyahət başlamazdan əvvəl səhər yeməyi yeməsi planlaşdırılan səfərin təhlükəsiz başa çatmasını şərtləndirir. Zülallarla zəngin səhər yeməyi sürücüləri uzun müddət tox saxlayır. Sürücülərin səhər yeməyində pendir, yumurta, çovdar çörəyi, çiy tərəvəz məhsullarının olması tövsiyə edilir. Təzə sıxılmış meyvə şirəsi səhər yeməyi üçün ən uyğun seçim olsa da, sürücü çaydan imtina edə bilmirsə, açıq olması şərti ilə çay da içə bilər.

Sürücünün qidalanmasında ikinci vacib məsələ yeməklər arasındakı vaxt intervalları və yeməklərin sayıdır. Çünki, insan uzun müddət ac qaldıqda qan şəkəri aşağı düşür ki, bu da yorğunluğa, zəifliyə və diqqətin yayınmasına səbəb olur. Yeməklər arasında ideal vaxt intervalı 3 saatdır. Qan şəkərinin balanslaşdırılması üçün sürücülərin əsas yeməkdən əlavə gündə ən azı bir dəfə qəlyanaltı qəbul etməsi də tövsiyə olunur. Qəlyanaltıda meyvələrə, süd məhsullarına, quru çərəzlərə üstünlük verilməlidir. Qidalanma zamanı karbohidratlarla zəngin şirniyyatlardan, yağlı yeməklərdən isə birmənalı imtina edilməlidir. Çünki bu cür qidalar qan şəkərinin sürətlə artıb-azlmasına səbəb olur ki, bu da son nəticədə diqqətin azalmasına, konsentrasiyanın çətinləşməsinə gətirib çıxarır.

3.Spritli içkilər

Spritli içki qəbul edib sükan arxasına keçmənin nə qədər təhlükəli olduğu hamımıza məlumdur. Ancaq təəssüf ki, spirtli içkinin insan orqanizmini uzun müddət tərk etməməsi haqda əksər sürücülərimiz məlumatsızdır. Unutmamalıyıq ki, alkoqollu içkilərin təsiri uzun müddət bədəndə qaldığı üçün bu amil diqqətimizi və iş qabiliyyətimizi əhəmiyyətli dərəcədə azalda bilər. Yol hərəkəti zamanı arzuolunmaz və bədbəxt hadisələrin baş verməməsi üçün sürücülərin səfərə çıxmazdan 24 saat əvvəl spirtli içki qəbul etməsi qəti şəkildə tövsiyə olunmur.

Unutmayın, tələb olunan hər bir qayda bizi həyata bağlayır!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1087   Tarix: 22 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr