Seçdiyi qurbanı razı salmağa çalışan pedofillər kimlərdir? - ARAŞDIRMA + FOTO

Seçdiyi qurbanı razı salmağa çalışan pedofillər kimlərdir? - ARAŞDIRMA + FOTOSon vaxtlar azyaşlıların özlərindən böyük şəxslər tərəfindən cinsi istismara məruz qalmalarının şahidi oluruq. Xüsusən də qız uşaqlarına qarşı bu hallar baş verir. İnsanlar bunu pedofiliya ilə əlaqələndirsə də, lakin çoxunun bununla əlaqəsi yoxdur.

Maraqlıdır, bəs pedofiliya nədir?

Belə ki, yetkinlik yaşında olan adamların həddi-büluğa çatmamış 4-11 yaşlı uşaqlara qarşı seksual maraqları pedofiliya, bu əlamətin daşıyıcılarını isə pedofil adlandırırlar. Bu hal qadınlarda da rast gəlinə bilər. Lakin daha çox kişilər arasında müşahidə olunur.

Seksoloq Təhmasib Cavadzadə Oxu.Az-a açıqlamasında pedofiliyanı cinayət hesab etdiyini bildirib:
Seçdiyi qurbanı razı salmağa çalışan pedofillər kimlərdir? - ARAŞDIRMA + FOTO"Pedofiliya cinayət, seksual problemdir. İlk növbədə cinayət, daha sonra psixi pozuntu hesab olunur. Pedofiliyada şərt var. Pedofilin seçdiyi qurban özündən 5 yaş kiçik olmalı, yetkinlik yaşına çatmamalıdır. Pedofillər çox vaxt qurbanlarını dəyişirlər. Pedofilin qurbanın yaşı artdıqca onu dəyişirlər. Pedofillərin uşaqlardan xoşu gəlir. Bir insan böyüyürsə, o zaman pedofil qurbanını dəyişir. Pedofillər həmişə cinsi istəklərinə uyğun iş yerləri seçirlər. Pedofillər çox vaxt ibtidai siniflərdə, bağçalarda işləməyə çalışırlar. Pedofillərin əksəriyyəti qurbanlarına təcavüz etmirlər.

Təcavüz edənlər manyak hesab olunur. Pedofillərdə manyaklıq halı olmur. Onlar çox vaxt çalışırlar ki, seçdiyi qurbanı razı salsınlar".

T.Cavadzadə qeyd edib ki, valideynlər uşaqlarına başa salmalıdırlar ki, kiminsə onların bədəninə toxunmasına icazə verməsinlər:

"Valideynlər uşaqlarını məlumatlandırmalıdırlar. Hər hansı kənar şəxs onun bədəninə əl vura bilməməlidir. Valideynlər uşaqlarına başa salmalıdırlar ki, kənar şəxslərə belə hərəkətlər etmələrinə icazə verməsinlər. Ancaq zəruri halda ata-ana və həkim əl vurub yoxlaya bilər. Elələri də var ki, ailə içində pedofillik edirlər. Pedofillər özlərini elə aparırlar ki, guya dünyaya belə gəliblər. Xeyr. Heç bir əlaqəsi yoxdur. Pedofiliya cinsi oriyentasiya, cinsi istək deyil. O sırf travma nəticəsində yaranıb. Çünki pedofilin özünə ya təcavüz ediblər, ya da travması var. Ona qarşı o hərəkət olduğuna görə, indi eyni şeyi kompensasiya edir. Pedofiliya ilə dünyaya gələn yoxdur.

Axtalama düz deyil. Həmin şəxsi axtalasan, o daha da manyaklaşacaq, intiqam almağa çalışacaq. Onun effekti olmayacaq. Onları birdəfəlik həbs etmək daha məqsədəuyğun olar".

Psixoloq Elnur Rüstəmov əlavə edib ki, pedofillər qurbanlarını daim təzyiq altında saxlayırlar:
Seçdiyi qurbanı razı salmağa çalışan pedofillər kimlərdir? - ARAŞDIRMA + FOTO"Bu gün cəmiyyətdə bu cür hallarla rastlaşırıq. Əslində bu hallar dünən də var idi. Sadəcə əvvəllər ailə özü gizlədirdi. Və ya heç ailənin də xəbəri olmurdu. Pedofillər qarşı tərəfə təzyiqlər göstərib, daim onları təhdid altında saxlayırdılar. Lakin bu gün artıq həmin uşaq və yeniyetmələr müəyyən qədər məlumatlıdırlar. Əvvəlki illərlə müqayisədə valideynləri ilə münasibətlərində emosional bağlılıq çoxdur deyə, valideynlərinə deyirlər".

E.Rüstəmov qeyd edib ki, valideyn uşağına öz bədənini tanımağa kömək etməlidir:

"Valideyn uşağına öz bədənini tanımağa kömək etməlidir. Bu cür situasiyalarda ən azı özünü qoruya bilsin. Maarifləndirmə işi olarsa, bu halların qarşısı alınar. Cinsi travma onların həyatında neqativ izlər buraxa bilər. Bəzən həmin şəxsə uşaqlıqda edilən zorakıllığa görə, belə olurlar. Bundan ötrü insanlar belə hala düşürlər. Pedofilləri ilk baxışdan tanımaq çətindir. Pedofiliyadan əziyyət çəkən şəxs özü gedib, psixoloji dəstək almalıdır. O bu xəstəlikdən qurtulmağa can atmalıdır. Uşaq və yeniyetmələrdə cinsi maarifləndirmə işi düzgün aparılmalıdır ki, belə hallarda uşaq özünü qoruya bilsin".

Araşdırmaya görə, dünyada son 10 ildə cinsi istismara məruz qalan uşaqların sayı 250 mini ötüb. Cinsi istismar faktlarının sadəcə 15 faizi ədliyyə instansiyalarına çatır. Qalanı hər hansı bir şəkildə ört-basdır edilir və uşaq öz yaşadığı travma ilə baş-başa qalır. İstismara məruz qalmış uşaqlar böyüyəndə özləri uşaqları istismar edir. Avropada aparılan araşdırmalara görə, təqribən 10 faizdən 20 faizə qədər uşaqlar cinsi istismara məruz qalırlar.

Azərbaycanda 2015-ci ildə qanunvericilik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci və 153-cü maddələrində daha ağır cəza müəyyən edilib. Qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.

Bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Valideyn olmaq uşağın yalnız ehtiyaclarını qarşılamaqla bitmir, ata-ana həm də onun təhlükəsizliyinin məsuliyyətini daşıyır.

Qeyd edək ki, pedofiliya yunan mənşəli sözdür, "uşaq" və "sevgi" sözlərinin birləşməsindən yaranıb. Başqa adı infantoseksualizm və ya paderoziyadır. Digər bir deyimlə uşaqbazlıq mənasını verir. Bu gün pedofiliyanın qarşısını almaq üçün konkret müalicə və müayinə üsulu yoxdur. Yalnız müəyyən dərman preparatları ilə pedofillərdə cinsi istəyi azaltmaqla onların islahı mümkün ola bilər. Lakin bu, övladlarımızın cinsi istismara məruz qala bilmə təhlükəsini sovuşdurmur. Psixoloqlar və psixiatrlar bildirirlər ki, uşaqların bütün bu təhlükə və risklərdən müdafiəsi üzrə ən böyük yük valideynlərin çiyinlərinə düşür. Hər bir valideyn övladına nəzarəti əldən verməməli, onların təlim-tərbiyəsi ilə bilavasitə məşğul olmalıdır. Əks halda, onun da övladı dünya üzrə cinsi zorakılığa məruz qalan 20 faiz uşaqdan biri ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1785   Tarix: 22 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ordubada qar yağdı

Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə

21 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Toy karvanlarında avtomobil bəzəkləri ilə bağlı XƏBƏRDARLIQ: 800 manat cərimə...

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi zamanı avtomobillərin lent, gül və digər dekorlarla bəzədilməsi geniş yayılmış ənənələrdəndir. Lakin bu bəzəklər sürücünün görünüş dairəsini məhdudlaşdırdıqda, dövlət qeydiyyat nişanını və ya işıq cihazlarını örtdükdə, yaxud avtomobilin təhlükəsi

21 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr
.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Hərbi hissədən özbaşına getməyə görə yeni cərimələr - İnzibati həbs də olacaq

Hərbi xidmətdə inzibati xətanın törədilməsinə görə yeni cərimələr müəyyənləşir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr