Balaca Dənizin köməyə ehtiyacı var - FOTO/VİDEO
Doqquz yaşlı Dəniz Rəhimli ağır beyin iflicindən əziyyət çəkir və nəticədə yeriyə və danışa bilmir. Bundan əlavə, uşaq epilepsiyadan və qıcolmadan əziyyət çəkir. Onu müalicə edən həkimlər bildirirlər ki, Dənizin xəstəliyi müalicə olunandır. Bunun üçün dərmanların qəbulunu, fizioterapiyanı, həmçinin psixoloqla loqopedin işini birləşdirmək lazımdır. Ancaq ailənin bunları həyata keçirmək üçün pulu qalmayıb.
Xəstəlikdən əziyyət çəkən uşağın anası Ülkanə Rəhimova qızının müalicəsi üçün vəsait toplanmasına kömək istəyib.
"Bir yaşından başlayaraq biz Dənizi müayinə və konsultasiya üçün Türkiyəyə aparmışıq. Müalicənin nəticəsi yaxşı oldu. Daha sonra evimizi və maşınımızı satdıq. Müalicəni davam etdirdik.
Paytaxtda xeyriyyəçi təşkilatlarından birinin birdəfəlik köməyi sayəsində 2020-ci ilin noyabrında yenidən İstanbula uça bildik. Vəsait müayinədən keçmək və müalicə almaq, dərman xərclərini ilkin dönəmdə ödəmək üçün kifayət etdi.
İndi biz bir il olar ki, Dəniz üçün müalicə ala bilmirik. Səhhətində yaxşılaşmanı gördüyümüz bir vaxtda, müalicəni davam etdirə bilmirik, illər ərzində sərf etdiyimiz bütün əziyyətlərin boşa çıxacağından qorxuruq.
Biz yolun yarısında dayana bilmərik. Əlimizdə olan hər şeyi satmışıq, Dənizin müalicəsini təmin etmək üçün əlimizdən gələni edirik. İndi bütün ümidlərimiz övladımıza yeni bir həyat bəxş edə biləcək mərhəmətli insanlardır", - deyə Ülkanə Rəhimova bildirib.
Əlaqə nömrəsi (anası Ülkanə Rəhimova): +994 70 853 98 86/Oxu.az






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1181 Tarix: 22 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ordubada qar yağdı
Oktyabrın 21-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış, Ordubadın yüksək dağlıq ərazilərində isə qar yağıb. Düşə
21 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabr