Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar - 30 il yol gözləyən qadının həyat hekayəsi

Əsiri polislə dəyişmək üçün 6 ay erməniyə baxdılar - 30 il yol gözləyən qadının həyat hekayəsi"Daha saf sevgilər, ömürlük sədaqət yoxdur" deyənlərə gəlsin bu ömür hekayəsi. Bu sevginin, sədaqətin və müharibənin bir qadın ömrünə vurduğu zərbənin hekayəsidir.

Sonxeber.az lent.az-a istinadla bildirir ki, 1988-ci ildə ermənilər Qarabağda təxribatlar törədərkən ilk növbədə asayişi qorumaq üçün polislər göndərildi. Onlar arasında 23 yaşlı polis əməkdaşı Babayev İslam Əhmədağa oğlu da var idi.

O, Qarabağa döyüşə gedəndə həyat yoldaşı Solmaz hamilə idi, İslama oğlunun üzünü görmək nəsibi olmadı. Solmaz 7 ayın gəlini oldu, bir üzü qız, bir üzü gəlin 30 il həsrətin yükünü çəkdi. Müharibənin talan etdiyi bir ömür hekayəsinə çevrildi Solmaz Şirəliyeva.

İslam Solmazın bibisi oğlu idi. Yaşıd idilər. Uşaqlıqdan bir-birlərinə könül bağlamışdılar. 1991-ci ilin sentyabr ayında toy etdilər, Solmaz Kürdəmirdən Ağsunun Musabəyli kəndinə gəlin köçdü. O zamanlar bütün qızların yaraşığına heyran olduğu, baxıb köks ötürdüyü İslam çevik Polis Alayında işləyirdi. Bir neçə ay sonra İslam ata olacağı xəbərini eşidib çox sevinmişdi. Amma balasını qucağına almaq, ona atalıq etmək, arzuladığı kimi birlikdə futbol oynamaq, balıq tutmağa getmək qismət olmadı.

Solmaz o günləri belə xatırlayır:

"1992-ci ilin aprel ayında İslamgili Qarabağa döyüşə apardılar. 60 polis işçisi Şuşa uğrunda döyüşlərdə iştirak etdi. İtkin xəbərini aldığım gün mənə dedilər ki, İslam Bala Kirs deyilən ərazidə 2 həmkarı ilə postda dayanıbmış. O, Əfsun və Şahin. Mayın 8-də Şuşa işğal olunan gün İslam və 2 yoldaşı itkin düşdü. Nə ölüləri tapıldı, nə diriləri. Dünya başımıza yıxıldı. 3 nəfərdən başqa, 57 polis sağ-salamat geri qayıtdı. Biz İslamın axtarışlarına başladıq. İndiki kimi deyildi, o zaman nə nizami ordu vardı, nə doğru-dürüst iş aparan. Ölkədə vəziyyət qarışıq idi, bir yanda Vətən uğrunda müharibə gedirdi, bir yanda da hökumət qarışmışdı. Başıpozuqluq idi. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə, Daxili İşlər Nazirliyinə, əlimiz çatan hər yerə müraciət etdik, bütün xəstəxanaları, morqları gəzdik. Qayınatamla, qayınlarım günlərlə evə gəlmədilər, bir soraq çıxar deyə mümkün olan hər yerə gedirdilər. Qapıdan bayıra çıxanda qayınanam qapıya qıfıl asmırdı ki, İslam gələr, ya da kimsə xəbər gətirsə, qapıdan qayıtmasın, girib evdə gözləsin".

O illər ərzində itiyini, əsir düşənini axtaranların sayı çox idi. Bu vəziyyətdən yararlanmaq istəyən çoxlu sayda "insan alverçiləri" ortya çıxmışdılar. Sözün həqiqi mənasında satılmaqdan gedir söhbət.

"Füzuli rayon sakini olan bir kişi, adına Seyid Əhəd deyirdilər, dedi ki, mən sizin adamı tapıb gətirə bilərəm. O əsir düşənləri araşdırır, pul müqabilində tapıb gətirirdi. Əməlli-başlı insan alveri gedirdi. Bizə dedi ki, guya görən olub, İslam əsirlikdədir, bir erməni əsirlə dəyişmək lazımdır. Bir gün Seyid Əhəd bizə yaralı bir erməni gətirdi, dedi buna baxın, ölməsin, İslamla dəyişəcəyik. Yaralı ermənini bizə pulla satdı. Adı Levon idi. Bitin, birənin, yara-xoranın içində idi. Düz 6 ay Levona evdə baxdıq. Yaralarını sarıdıq, sağaltdıq ki, ölməsin, İslamla dəyişə bilək. Ayağı qanqren olmuşdu, müalicə etdik. O qədər yaxşı baxdıq ki, ayağı kəsiləsi olmadı. 6 ay sonra Levon qayınanama dedi ki, mənə elə yaxşı baxırsınız, deməsəm ürəyim dözməyəcək. "Ermənilər məni sizin oğlunuzla dəyişməyəcək. O polisdir, mən isə heç döyüşdə də olmamışam. Məni Marneuli qatarından öz ermənilərimiz tutub döyə-döyə gətirdilər, azərbaycanlılara satdılar. Mən Rusiya vətəndaşıyam. Ermənilər azərbaycanlı əsirlərlə dəyişmək üçün ordan-burdan erməni oğurluğuna çıxırlar. Oğurlayıb azərbaycanlılara satırlar".

Levonun atası-anası Moskvada yaşayırmış. Özü də döyüşə aidiyyəti olmayan, 45 yaşlı bir adam imiş. İslamın atası və qardaşları araşdırıb, onun dediklərinin həqiqi olduğunu biləndən sonra dövlətə təhvil veriblər.

"Seyid Əhəddən sonra bir gürcü çıxdı ortaya, dedi tapmışam gətirirəm, bir həftə qayınatamla, qaynım Qazaxda oturub, yol gözlədilər. 65 min manata pul vermişdilər. Xəbər gəlmədi, gürcü də aradan çıxdı. Öləni bilirsən ki, öldü getdi. İtkini olmaq ağır dərddir. Haradadır, nə edir, bəlkə zülm çəkir, sənə ehtiyacı var. Amma sən bilmirsən. Qayınanam illərlə qapını bağlamağa qoymadı ki, İslam gələr, eşitmərik. Qaynanam da , qayınatam da oğul dərdi çəkə-çəkə köçdü dünyadan.
İslamı Qarabağa yola salanda Solmazın 23 yaşı var idi. İndi onun 53, İslamın isə yenə də 23 yaşı var. Solmaz hələ də inamını itirməyib, ərinin yolunu gözləyir. "Mən onu Allaha əmanət etmişdim. Birini Allaha əmanət edəndə, onu görmədən ölməzsən" deyirlər. Şuşada bir "Ərim gəldi" qayası var. Orda dayansaq, gözləsək gələrmi itkinlərimiz?".

Gələrmi? Kimsə bilməz. Ömür dediyimiz möcüzələrlə dolu deyilmi?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3075   Tarix: 26 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr
.

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar

Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq

20 oktyabr
.

Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)

Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay

21 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video

"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə

21 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

İş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu

Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə

21 oktyabr