Nərmin Qaralovanın işdən qovduğu 67 müəllimdən XƏBƏR VAR
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollecin 67 müəlliminin işdən çıxarılması ilə bağlı qalmaqal davam edir. Çıxarılan müəllimlər 8 aydan çoxdur ki, nə yeni işlə təmin oluna bilirlər, nə də öz yerlərinə qaytarılırlar. Məsələ ilə bağlı Binəqədi Rayon və Apellyasiya məhkəmələrində 12 məhkəmə prosesi keçirilib.
Bu barədə Bizim.Media-ya işdən çıxarılan müəllimlərdən biri, Humanitar Kollecin keçmiş şöbə müdiri Xəyalə Əhmədova məlumat verib.
Hazırda işə Apellyasiya Məhkəməsində baxıldığını vurğulayan Xəyalə Əhmədova proseslərin hələ ki onların xeyrinə davam etdiyini bildirib.
Xəyalə Əhmədova Nərmin Qaralovanın heç bir məhkəmə prosesində iştirak etmədiyini də qeyd edib:
"Onun hüquqlarını müdafiə edən şəxs proseslərə qatılır. Bizim üçün heç bir fərqi yoxdur. Əsas odur ki, haqlı olduğumuz sübut olunsun və məhkəmənin qərarı ilə işimizə bərpa edilək. Hələ ki məhkəmə prosesləri 90 faiz xeyrimizə davam edir. Gözləyirik", - deyə o bildirib.
Xatırladaq ki, ötən il noyabrın 26-da direktor Nərmin Qaralovanın əmri ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin (Keçmiş Mədəni Maarif Texnikumu) 67 müəlliminin işinə rəsmi xitam verilib.
Çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21-i orta ixtisas təhsilli şəxs, 5-i isə şöbə müdiridir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2122 Tarix: 27 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq
20 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabrİş stresi ailənizə də təsir edə bilər - Tükənmişliyin 4 əlaməti və çıxış yolu
Səhərlər oyanmaq istəmirsinizsə, özünüzü yorğun, yetərsiz hiss edir və daim maneələrlə qarşılaşdığınızı düşünürsünüzsə, tükənmişlik sindromu ilə üzləşə bilərsiniz. Psixiatriya üzrə mütəxəssis, doktor Talat Sarıkavak bu sindromun əlamətləri və onunla mübarizə yolları barədə məlumat verib. Qaynarinfo xəbə
21 oktyabr