"Fort Boyard" canlıların əvəzinə 3D pələnglərdən istifadə edəcək
1990-cı ildən Fransa televiziya ekranlarında yayımlanan "Fort Boyard" televiziya oyununda gələn mövsümdən etibarən xəzinəni qoruyan əsl pələnglər olmayacaq.
Fransanın "Fort Boyard" televiziya oyununun yaradıcıları iyulun 2-də "France 2"də başlayacaq şounun növbəti mövsümündən etibarən qalanın xəzinəsini qoruyan canlı pələnglərdən imtina edərək onları 3D modellərlə əvəz etmək qərarına gəliblər.
Bu barədə "Huffington Post" məlumat verib.
"Adventure Line Productions" prodüser şirkəti hələ fevral ayında şouda görünən ən son pələnglər olan Kəşmir və Toskanın heyvanların rifahı ilə bağlı narahat olan tamaşaçıların narazılığı səbəbilə artıq oyunda iştirak etməyəcəyini açıqlamışdı. Prodüserlərin bildirdiyinə görə, pələnglər yetişdiriciyə təhvil verilib və o, heyvanlar təbii şəkildə ölənə qədər onlara qulluq edəcək.
Canlı pələnglər "təqaüdə çıxsalar da", televiziya oyununun yaradıcıları onun simvolundan əl çəkmək istəməyiblər və heyvanlar kompüter animasiyası ilə əvəz olunub.
Prodüser Qayom Rameynin sözlərinə görə, təşkilatçılar əvvəlcə yırtıcıların arxiv görüntülərindən istifadə variantını nəzərdən keçiriblər, lakin "tamaşaçılar heyvanların getdiyini bildikləri üçün bunun onlara qəribə gələcəyini" düşünərək bu ideyadan imtina ediblər. Sonda təşkilatçılar qalanın xəzinəsindəki pələng heykəllərini "Notr Dam Donqarı"ndakı qarqoyllar və ya "Fantastik heyvanlar"dakı canlılar kimi "canlandırmaq" qərarına gəliblər.
Layihə 3D effektləri üzrə ixtisaslaşan Fransanın "Seed Factory" studiyası tərəfindən dörd ay müddətində hazırlanıb./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 993 Tarix: 29 iyun 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər
20 oktyabrBu ölkədə ilk Ebola hadisəsi təsdiqləndi
Nigeriyanın səhiyyə nazirliyi bildirib ki, virus ölkənin paytaxtı Abujada Uqandadan təyyarə ilə gələn bir qadında aşkarlanıb. Xəstə xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları yoluxmuş şəxslə təmasda ola biləcək 44 nəfəri izləyir. xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyi bildirib ki, Nigeriya vətəndaş
21 oktyabrHindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb
Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin
21 oktyabrRus ordusu daha iki kəndi işğal etdi
Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb
21 oktyabrQətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi
20 oktyabrDünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək
Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad
19 oktyabr