Xameneyi İranda sosial mediaya qarşı sərt tədbirlər görülməsini tələb etdi

Xameneyi İranda sosial mediaya qarşı sərt tədbirlər görülməsini tələb etdiİranın ali rəhbəri Əli Xameneyi iyunun 28-də məhkəmə sistemi işçiləri ilə görüşündə bir daha kiberməkana qarşı sərt tədbirlərin görülməsinə və bu sahədə yeni qanunların qəbuluna çağırıb.

"Vaxtaşırı sosial mediada bir şayiə yayaraq xalqı narahat edirlər. Bu, vətəndaşların psixoloji təhlükəsizliyini pozur. Məhkəmə sistemi bunun qarşısını almaq üçün daha sərt tədbirlər görməlidir. Dünənə qədər bu işi qəzetlər görürdülər. İndi isə buna sosial media da qoşulub", - deyə Xameneyi əlavə edib.

O, kiberməkana nəzarətin yetərincə olmamasına görə məhkəmə sistemini tənqid edib və bununla bağlı daha sərt və yeni qanunların təcili hazırlanmasını tələb edib. Xameneyinin çıxışı internetə nəzarətlə bağlı qanun layihəsinin parlamentin ümumi müzakirəsinə çıxarılması üçün işlər aparıldığı bir vaxtda təsadüf edir.
Xsatırladaq ki, kiberməkana nəzarətlə bağlı qanun layihəsinin hazırlanması Əli Xameneyinin bundan öncə məsələ ilə bağlı sərt xəbərdarlıqlarından sonra, internet və sosial mediaya nəzarəti gücləndirmək məqsədilə hazırlanıb.

Bir sıra bəndlərinin hətta bəzi rəsmi qurumlar tərəfindən də tənqid edilən layihə son aylar insan haqları təşkilatlarının sərt reaksiyası ilə üzləşib.

Həmin təşkilatlar dəfələrlə sözügedən layihənin qüvvəyə minməsindən narahatlıqlarını ifadə edərək bildiriblər ki, əgər layihə qüvvəyə minərsə, İranda insanların bir sıra fundamental hüquqları, o cümlədən söz azadlığı və şəxsi toxunulmazlıq hüququ pozulacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1028   Tarix: 29 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Kim Çen Inın bacısından sərt bəyanat: Cənubi Koreyaya xəbərdarlıq

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyanı sərhəddəki hərəkətlərinə görə tənqid edib. O, iki ölkə arasındakı sərhəd bölgəsində yaranmış vəziyyəti ciddi adlandıraraq Seula xəbərdarlıq edib. The Mirror-a istinadən xəbər verir ki, Kim Yo Conqun sözlərinə görə, Cənubi Koreya hərbçilər

20 oktyabr
.

Honkonqda kriptovalyuta şirkətinin əməkdaşı fırıldaqçıların qurbanı olaraq 500 min dollardan çox pul itirib

Honkonqda kriptovalyuta mübadiləsi şirkətinin əməkdaşı "WhatsApp" messencerində saxta işçi qrupu yaradılması yolu ilə həyata keçirilən dələduzluq nəticəsində 4 milyon Honkonq dollarından çox, təxminən 500 min ABŞ dolları itirib. xəbər verir ki, polis son iki həftə ərzində oxşar üsulla törədilmi

19 oktyabr
.

Bu ölkədə ilk Ebola hadisəsi təsdiqləndi

Nigeriyanın səhiyyə nazirliyi bildirib ki, virus ölkənin paytaxtı Abujada Uqandadan təyyarə ilə gələn bir qadında aşkarlanıb. Xəstə xəstəxanaya yerləşdirilib. Hakimiyyət orqanları yoluxmuş şəxslə təmasda ola biləcək 44 nəfəri izləyir. xəbər verir ki, Uqanda Səhiyyə Nazirliyi bildirib ki, Nigeriya vətəndaş

21 oktyabr
.

Hindistanın ən böyük bankında 3 897 müştərinin məlumatları oğurlanıb

Hindistan Dövlət Bankı (SBI) kiberhücum nəticəsində 3 897 müştəriyə aid fərdi məlumatların qaranlıq internetdə (darknet) yayıldığını açıqlayıb. xəbər verir ki, "Reuters" agentliyinin oktyabrın 21-də yaydığı məlumata görə, ilkin araşdırma zamanı müştərilərin adlarının, mobil telefon nömrələrinin

21 oktyabr
.

Rus ordusu daha iki kəndi işğal etdi

Rusiya ordusu Zaporojye vilayətinin Çervonıy Yar və Yulyovka yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

21 oktyabr
.

Səudiyyə Ərəbistanının paytaxtında təhlükə xəbərdarlığından sonra partlayışlar eşidilib

AFP jurnalistlərinin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının paytaxtı iki partlayışdan sarsılıb. The Times of İsrael-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı hakimiyyət orqanları potensial təhlükə barədə xəbərdarlıq etdikdən sonra iki partlayış baş verib. Səudiyyə Ərəbistanını

20 oktyabr
.

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb

Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa və gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə çağırıb. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bunu Qətərin Xarici İşlər Nazirliyinin (XİN) Media və kommunikasiyalar departamentinin direktoru İbrahim bin Sultan İbrahi

20 oktyabr
.

Associated Press: "CNN-in aparıcı jurnalisti Kristian Amanpur 43 ildən sonra telekanaldan ayrılır"

CNN-in uzun illərdir fəaliyyət göstərən aparıcısı Kristian Amanpur 43 illik karyerasından sonra telekanaldan ayrılacaq. Karyerasına adi köməkçi vəzifəsindən başlayan Amanpur onilliklər ərzində dünyanın münaqişə bölgələrindən reportajlar hazırlayaraq televiziyanın ən tanınmış müxbir və aparıcılarında

20 oktyabr
.

Dünyada əlavə saniyə dövrü başa çatacaq: Vaxt hesablanması dəyişəcək

Dünya üzrə vaxt standartlarına cavabdeh mütəxəssislər Paris yaxınlığındakı Versal şəhərində görüşməyə və əlavə uzun saniyəyə ehtiyac olub-olmadığını müzakirə etməyə hazırlaşırlar. Qaynarinfo xəbər verir ki, "WION" nəşrinin yazdığına görə, bu saniyənin əlavə edilməsindən imtina olunarsa, istifad

19 oktyabr