Gəncə məktəbindəki qalmaqal böyüyür

Gəncə məktəbindəki qalmaqal böyüyürBir neçə gün əvvəl Gəncədə İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Mətanət Qarayevanın intihara cəhd etməsilə bağlı məlumat yayılmışdı. Məktəb direktorunun intihara cəhd etməsi faktı cəmiyyətdə geniş rezonansa, müzakirələrə səbəb olmuşdu.

Məlum oldu ki, intihara cəhd edən M.Qarayeva bir il əvvəl Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb. Fəaliyyətində yol verdiyi nöqsanlara görə, Gəncə Şəhər Təhsil İdarəsi ona xəbərdarlıq edib. Lakin direktor bunlardan dərs çıxarmayıb, məktəbin ingilis dili müəllimini ölkədə olmadığı halda işdə saxlayıb, adı məktəbdə getsə də, əvəzində onun əməkhaqqını mənimsəyib.

İntihara cəhd hadisəsindən sonra mətbuata açıqlama verən məktəb direktoru bildirib ki, özünə qəsd etmək istəməsinin səbəbi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyevin onu işdən çıxarmaq istəməsidir. Direktor həmçinin buna görə məktəbdə monitorinq təşkil edildiyini, şantaj olunduğunu qeyd edib. Onun sözlərinə görə, artıq yerinə namizəd də tapılıb. O, bütün bunlara dözə bilmədiyinə görə intihara əl atdığını açıqlayıb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi isə həmin vaxt yaydığı açıqlamada İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin sabiq ingilis dili müəllimi barədə sənədləşmə işinin qanuna müvafiq aparılmadığını qeyd edib.

Həmçinin bildirilib ki, həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Tahirə Həsənovanın da öz vəzifə öhdəliklərini lazımınca və qanuna uyğun həyata keçirmədiyi də müəyyənləşib

"Belə ki, T.Həsənovanın əmək funksiyasına uyğun olaraq tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin metodiki fəaliyyətinin istiqamətləndirilməsi, təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilinin həyata keçirilməsi, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlinin tərtib edilməsi, metodik şura və fənn metodbirləşmələlərinin işinə rəhbərlik və nəzarəti həyata keçirmək olsa da, bu tələblər kobud şəkildə pozulub. Dərs prosesində iştirak etməyən müəllimin müyyənləşdirilmiş siniflərdə jurnallarının yazılması məsələsində müvafiq təlimatın tələbləri yerinə yetirilməyib.

T.Həsənovanın məktəbin sabiq ingilis dili müəlliminin xarici ölkədə yaşaması, ancaq həmin müddət ərzində onun hesabına qanunsuz olaraq əmək haqqı köçürülməsi məsələsindən birbaşa xəbərdar olub".

"Qafqazinfo" ilə əlaqə saxlayan Tahirə Həsənova isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin onun haqqında dediklərinin həqiqəti əks etdirmədiyini bildirib: "Haqqımda yazılan məlumatlar yalandır. 46 ildir təhsil sahəsində işləyirəm, heç bir nöqsanım olmayıb və işimin öhdəsindən də çox yaxşı gəlirəm".

Tahirə Həsənova qeyd edib ki, adı hallanan müəllimə (ingilis dili –red.) heç Azərbaycan bölməsinin müəllimi deyil: "Mən Azərbaycan bölməsində dərs hissə müdirəsiyəm, həmin müəllimə isə rus sektorunun müəlliməsidir. Mən haqqımda deyilənləri qəbul etmirəm. Məlum hadisədə mənim heç bir rolum yoxdur. Rus bölməsinin öz təlim-tərbiyə işləri üzrə direktor müavini var".

Tahirə Həsənova eyni zamanda vurğulayıb ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbəri Anar Qədiməliyev onunla prinsip apardığı üçün bu işdə adını çəkdirib: "Anar Qədiməliyev mənim həyat yoldaşım, əməkdar müəllim İlham Həsənovu qərəzli şəkildə işdən kənarlaşdırıb. Yoldaşım 8 kitabın müəllifidir və yazıçılar birliyinin üzvüdür. Anar Qədiməliyev yoldaşımı yaş həddi səbəbindən, qərəzli şəkildə işindən uzaqlaşdırıb. Yoldaşım haqqını tələb etdiyi üçün Anar Qədiməliyev məndən heyf çıxaraq bu məsələdə adımı hallandırır.

Yenə qeyd edirəm, adıçəkilən müəllimə mənim sektorumdan deyil. O, rus sektorunun müəllimidir. Özü də o işləri direktor ilin əvvəlində onu başqa təlim-tərbiyə işləri üzrə direktor müavinə, müəlliməyə həvalə edib".

Direktorun müavini eyni zamanda qeyd edib ki, adı çəkilməyən ingilis dili müəllimi qeyd edilən tarixdə analıq məzuniyyətində olub: "Analıq məzuniyyətində olan müəllimə dərs yazmaq mümkün deyil. Bu qanunauyğun deyil, yəni yaydıqları məlumatlar tamamilə səhvdir".

Tahirə Həsənova, həmçinin qeyd edib ki, məsələ ilə bağlı hazırda hüquq mühafizə orqanları araşdırma aparır: "Hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır, nəticələr açıqlanmamış, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi nəticə çıxarır. Araşdırmaların bitməsini gözləmirlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1716   Tarix: 05 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?

Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr

21 oktyabr
.

Süni intellekt indi də oğurluq etdi

"OpenAI" eksperimental süni intellekt modelinin təlim zamanı kriptovalyuta cüzdanlarından icazəsiz vəsait əldə etdiyini açıqlayıb. Hadisə modelin tapşırığı tamamlamaq üçün öz həllini hazırladığı zaman qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, şirkətin hesabatına görə, modeldən kriptovalyut

21 oktyabr
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

20 oktyabr
.

Leyla Əliyeva Zimbabvenin birinci xanımı ilə görüşdü

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün Özbəkistanın Səmərqənd şəhərində Zimbabvenin birinci xanımı Oksiliya Mnanqaqva ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüşdə Azərbaycanla Zimbabve arasında ikitərəfli əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməs

21 oktyabr
.

Azərbaycanda yağ kəskin bahalaşdı

Azərbaycanda kərə və duru yağların qiyməti artıb. -a istinadən xəbər verir ki, bahalaşma həm yerli, həm də xarici məhsullarda hiss olunur. Qeyd olunub ki, ümumilikdə yağların qiymətində 6 manatadək bahalaşma müşahidə edilir. Satıcılar bahalaşmanın səbəblərindən məlumatsız olduqlarını bildirirlər

21 oktyabr
.

Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video

Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr