"Huggy Wuggy" oyuncaqlarının uşaq psixologiyasına təsiri-PSİXOLOQDAN AÇIQLAMA
Oyuncaq mağazalarına hər dəfə daxil olanda qəribə oyuncaqlarla qarşılaşıram. Bəzən elə oyuncaqlar görürəm ki, özüm diksinib qorxuram. Son zamanlar trenddə və uşaqların marağında olan "Huggy Wuggy" oyuncağı da bu sıradadır. Bu oyuncaq həm çox sevilir,həm də çox axtarılır. Belə qorxulu oyuncaqlar uşaqların psixologiyasına necə təsir göstərir ?
Mövzu ilə bağlı Sonxeber.az saytına psixoloq Aida Sübhan açıqlama verib.
O bildirib ki, "Huggy Wuggy" kifayət qədər aqressiv oyuncaq tiplərindəndir. Uşaqlarda gərginlik yaratmağa səbəb olur. Gündəlik uşaqların oynadığı oyuncaqlar şüuraltı olaraq onlara mənfi informasiya ötürür. Oyuncaqlarla zaman keçirən uşaqlar öz düşüncələrini, həyat tərzini, davranışlarını ona uyğun tənzimləyirlər.
Psixoloq valideynlərə də müraciət edərək bir sıra tövsiyələr verib.
"Valideynlər ilk öncə bu tip oyuncaqları almamalıdır. Cəmiyyətdə belə bir fikir var ki, uşağım kimdənsə geri qalmasın. Düşünürəm ki, bunların satışına hamımız etiraz etsək, bu kimi oyuncaqlardan xilas ola bilərik".
AYSEL QULİYEVA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2474 Tarix: 07 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ali Məhkəmədən məhkumlarla bağlı MÜHÜM QƏRAR: Barışıq cəzanı azalda bilərmi?
Ali Məhkəmənin hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslə barışığın cəzanın azaldılması üçün hökmün icrası mərhələsində əsas sayıla bilməməsi ilə bağlı mövqeyi məhkumların hüquqları və cəzanın yüngülləşdirilməsi qaydaları baxımından mühüm hüquqi məsələdir. Bu yanaşma hökm çıxarıldıqdan sonr
21 oktyabr"Brain Academy"də autizmli körpə döyüldü, polis araşdırmaya başladı - Video
"Brain Academy"nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağın döyülməsi hadisəsi polis tərəfindən araşdırılır. Bu barədə -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayə
21 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrBakıda məmurun xanımı lyuka düşüb xəsarət aldı, AAYDA rəsmisi cərimə edildi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktor müavini Rövşən Əmircanovun xanımı Bakıda açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədl
21 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabr