PUTİN RUSİYADA SƏFƏRBƏRLİYƏ BAŞLAYIB - Ukraynaya "könüllü batalyonlar" adı altında yeni qüvvələr göndərilir

PUTİN RUSİYADA SƏFƏRBƏRLİYƏ BAŞLAYIB - Ukraynaya "könüllü batalyonlar" adı altında yeni qüvvələr göndərilirRusiyanın müxtəlif bölgələrində könüllü batalyonlar yaradılır. Bunun "könüllülər batalyonu" adı altında ümumi səfərbərlik olub-olmadığı haqda bilgilər yoxdur. Rusiya mediası onu xəbər verir ki, könüllülər batalyonu Ukraynada 4 aydan çoxdur müharibəyə cəlb edilmiş ordunun yerlərdə itkilərini kompensasiya etmək, xüsusi əməliyyat zonasında qoşunların rotasiyasını həyata keçirmək və çağırışçıları cəlb etmədən hərbçilərin sayını artırmağa imkan verəcək.

Əvvəlcə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov "Şimal-Axmat", "Cənub-Axmat", "Qərb-Axmat" və "Şərq -Axmat" adlı dörd ordu batalyonunun hazırlandığını bəyan edib.

Sonradan məlum oldu ki, Primoryedə 155-ci dəniz piyada briqadasının bazasında "Pələng" könüllülərdən ibarət batalyon yaradılır. Bu barədə Primorsk diyarı hökumətindən məlumat verilib. Qubernator Oleq Kozhemyako batalyonun təlim keçdiyi "Qornostay" hərbi poliqonunda olub. Qornostay və Bamburovo hərbi poliqonlarında təlimlər bir ay davam edəcək. Daha sonra könüllülər Ukraynaya gedəcəklər. Rusiya mediasının iddiasına görə, "haqq işinə xidmət etmək istəyənlərin sayı çoxdur".

Musavat.com-un məlumatına görə, könüllülərdən ibarət batalyonun yaradıldığı digər bölgə Başqırdıstandır. Başqırdıstan Respublikasının rəhbəri Radiy Xabirov "Miniqali Şaymuratov" adına könüllülər batalyonunun yola salınmasında iştirak edib. Xabirov bölmənin döyüş bayrağını tabor komandirinə təqdim edib. Könüllülərdən ibarət batalyon Orenburq vilayətindəki poliqona göndərilir, orada təlim keçəcək, silah və texnika alacaq. Könüllülər arasında çoxlu döyüş veteranları da var.

General Şaymuratov Böyük Vətən Müharibəsi illərində şöhrət qazanmış, Başqırd süvari diviziyasına komandirlik etmişdir.

Hərbi ekspert Viktor Muraxovski öz Teleqram kanalında daha bir neçə könüllülər batalyonun yaradıldığını deyib və adlarını sadalayıb: "Alqa", "Timer" "Atal", "Parma", "Vyatka", "Molot "...

"İyulun ortalarına - avqustun əvvəlinə qədər gözləyək" deyən ekspert, könüllü batalyonların hazırlığının tezliklə başa çatacağına və Ukraynadakı hərbi planların sürətinə təsir edə biləcəyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl müqaviləli hərbi xidmətlə bağlı qanunvericiliyə dəyişiklik edilib. İlk müqavilənin bağlanması üçün yaş həddi artırılıb. Qeyri-rəsmi məlumatlara görə, hərbi əməliyyat zonasında iştirak edənlər ayda 200 min rubl ala bilərlər. Onlar sosial müavinətlərlə, həyat və sağlamlıq sığortası ilə də tam təmin olunublar.

Yada salaq ki, iki gün əvvəl Putin "Rusiya Ukraynada hələ ciddi şəkildə heç nəyə başlamayıb" deyə, hədə dolu bəyanatla çıxış edib. Rusiya lideri "Qərbin bizimlə son ukraynalıya qədər döyüşmək istəyi Ukrayna xalqı üçün faciədir. Amma görünür, hər şey buna doğru gedir" deyərək sözlərinə belə davam edib: "Bu gün eşidirik ki, onlar bizi döyüş meydanında məğlub etmək istəyirlər, yaxşı, nə deyim, qoy cəhd etsinlər. Bu davam etdikcə, Rusiya ilə danışıqlar daha çətin olacaq."


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1310   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rusiya-Ukrayna müharibəsi: Kiyevə hücum, cəbhədə döyüşlər və yeni sülh danışıqları

Rusiya-Ukrayna müharibəsi fonunda hərbi əməliyyatlar və diplomatik təmaslar davam edir. Kiyevdə infrastruktur obyektlərinə zərbələr endirildiyi, Ukrayna qüvvələrinin bir sıra istiqamətlərdə əks-hücum əməliyyatları apardığı bildirilir. Eyni zamanda, müharibənin dayandırılması üçün yeni danışıqların keçirilməs

28 oktyabr
.

Zelenskinin "sağ əli" Uitkoffla mübahisə etdiyini təkzib etdi

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov oktyabrın 9-da Floridada keçirilən danışıqlarda ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla mübahisə etməsi barədə məlumatları təkzib edib. xəbər verir ki, Budanov bu barədə "RBK-Ukrayna"ya açıqlamasında bildirib. "Ünsiyyətin təfərrüatlar

28 oktyabr
.

İspaniyada dəhşətli qatar qəzası: Ölənlər arasında sabiq nazir də var - Video

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb. "El Correo" nəşrinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança muxtar icmasının rəhbəri Emiliano Qarsia-Paxe məlumat verib. "Son məlumatlara görə, ölənlərin sayı 68 nəfərə çatıb"

28 oktyabr
.

Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatları verəcək

Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcısı və döyüş sursatları təhvil verəcək. Bu barədə Polşanın "Rzeczpospolita" nəşri ölkənin Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırılması Departamentinin direktoru Dariuş Lukovskini

29 oktyabr
.

Madriddə etiraz aksiyası keçirilir

Madriddə etiraz aksiyası keçirən fermerlər hökumətdən qiymət artımı ilə əlaqədar təcili tədbirlərin görülməsini tələb edirlər. xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Aksiya iştirakçıları traktorlarla Madridə daxil olub və İspaniya paytaxtının mərkəzindəki Kolumb meydanına doğru hərəkə

28 oktyabr
.

ABŞ Körfəz ölkələrini İrana qarşı mümkün hərbi əməliyyat barədə xəbərdar edib

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Fars körfəzi ölkələrini xəbərdar edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunu

28 oktyabr
.

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar davam edir, sülh danışıqları qeyri-müəyyən olaraq qalır

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə qarşılıqlı hücumlar və pilotsuz uçuş aparatlarından istifadə diqqət mərkəzindədir. Eyni zamanda, tərəflər arasında növbəti üçtərəfli görüşün keçirilməsi ilə bağlı qeyri-müəyyənlik qalır. Məlumatlara görə, Ukraynanın Moskvaya və ətraf ərazilərə doğru pilotsu

29 oktyabr
.

Əhalinin DİQQƏTİNƏ! Oktyabrın 31-də...

Oktyabrın 30-dan 31-nə keçən gecə Yer kürəsində zəif və orta intensivlikli maqnit qasırğası başlaya bilər. Hadisənin təxminən 12-15 saat davam edəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimləri

29 oktyabr
.

XXI əsrin ən uzun Günəş tutulması Misirin qədim məbədlərini qaranlığa qərq edəcək

2027-ci il avqustun 2-də baş verəcək tam Günəş tutulması həqiqətən də xüsusi hadisə olmağa vəd edir. O, tarixə əsl səma hadisəsi kimi düşəcək. Tutulmanın quruda tam mərhələsi düz 6 dəqiqə 23 saniyə davam edəcək. Bu isə XXI əsrdə qeydə alınacaq ən uzun tam tutulma mərhələsi olacaq. Üstəlik, 2114-cü il

28 oktyabr