"Yer də insan kimi nəfəs alır": Azərbaycanda da zəlzələ olacaq? - RƏSMİ
Gürcüstan-Ermənistan sərhədində, Cavaxeti dağlarında aylardır zəlzələlər davam edir. Həmçinin qonşu İranda ard-arda zəlzələlərin baş verməsi sual doğurur ki, bu Azərbaycanda da baş verə bilərmi?
Bu barədə Oxu.Az-ın suallarını AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli cavablandırıb.
Onun sözlərinə görə, əslində, Azərbaycanda hər gün zəlzələ baş verir, lakin bu yeraltı təkanlar hissolunan deyil:
"Nəzərə almaq lazımdır ki, seysmogen bölgədə zəlzələ olmalıdır. Alp-Himalay seysmik qurşağı bütöv şəkildə seysmogen bölgədir və Alp dağlarından başlayıb, Himalay dağları ilə Sakit okeana qədər uzanır. Bu qurşaqda hər gün mütəmadi olaraq təkanlar baş verir".
Q.Yetirmişli vurğulayıb ki, görünür, Azərbaycanda hissolunan təkanlar baş vermədiyi üçün çox da duyulmur:
"Lakin qeyd etmək yerinə düşər ki, hər gün 25-35, bəzi hallarda isə 40-a qədər zəif təkanlar olur. Yəni yerdaxili proseslər daim var və olmalıdır. Yer də sanki insan kimi nəfəs alır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2021 Tarix: 11 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabrDSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq
20 oktyabrPensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklə
20 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabr