Xocavənddə xarici şirkətin yük avtomobilini oğurlayanlar hakim qarşısına çıxarıldılar
Xocavənddə xarici şirkətə məxsus yük avtomobilini oğurlamaqda təqsirləndirilən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.
Qeyd edək ki, Xocavənd rayonunun ərazisində xarici şirkətlərdən birinə məxsus nəqliyyat vasitəsi oğurlanıb.
Xocavənd RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə "Hovo" markalı yük maşınını oğurlamaqda şübhəli bilinən Elnur Alıpaşayev, Zahir Əsədullayev və İsmayıl Məmişov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər əvvəlcədən razılaşaraq şirkətin olduğu yerə gəliblər və bir müddət sonra nəqliyyat vasitəsini rayon ərazisindən oğurlayaraq Sumqayıt şəhərinə aparıblar. Polis əməkdaşları tərəfindən avtomobilin də yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib./oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1062 Tarix: 11 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabrDSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Əməkdar məşqçi Fuad Zeynalov və onun tanışına hücumla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş üç kikboksçunun barəsindəki qərardan kassasiya şikayəti verilib. -a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq
20 oktyabrPensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda pensiya kapitalının vətəndaşlara hansı şərtlərlə və nə dərəcədə əlçatan olması məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Vətəndaşlar fərdi hesablarında toplanan pensiya kapitalından istifadə imkanlarının genişləndirilməsini gözlədikləri halda, bu istiqamətdə gözlənilən dəyişikliklə
20 oktyabrSabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabr