Bakıda müştərinin sifarişini yeyən kuryeri hansı cəza gözləyir? – YENİLƏNİB + AÇIQLAMA + FOTO/VİDEO
"Bakıda kuryerin müştərinin sifarişinə müdaxilə etməsi birbaşa istehlakçı hüquqlarının pozulması, xidmət səviyyəsinin aşağı olması, istehlakçılara təhlükəli mal çatdırılmasıdır ki, bu da qəbuledilməzdir".
Bunu Oxu.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, sözügedən kuryerlər şəhər yollarında həddən artıq gərginlik yaratmaqla bərabər, həm də keyfiyyətsiz xidmət nümayiş etdirirlər:
"Onlar çox vaxt yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqla nəqliyyatda təhlükəsizlik qaydalarına riayət etmirlər. Bu sürücülərlə əlaqədar təcili tədbir görülməlidir. Məndə olan məlumatlara görə, həmin kuryerlərin bir çoxu çatdırdıqları qidalara müdaxilə edir. Fikrimcə, məsələ ciddi şəkildə nəzarətə götürülərək həll olunmalıdır".
E.Hüseynov vurğulayıb ki, bu kuryerlər arasında təxribatçı, qida zəhərlənmələrinə səbəb ola biləcək şəxslər də ola bilər:
"Çirkli əllə qidaya müdaxilə məhsulun riskli qida koteqoriyasına aid edilməsi deməkdir. Bu da yolverilməzdir. Onlara nəzarət etmək o qədər də asan deyil. Düşünürəm ki, bu biznes müəyyən məhdudiyyətlərə məruz qalmalıdır".
Qeyd edək ki, sürücü tərəfindən yol verilən hərəkət İnzibati Xətalar Məcəlləsinin 28 fəsli ilə müəyyən edilmiş hava, dəniz, çay, avtomobil, dəmiryolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalardan biri hesab edilməsə də, mülki qanunvericiliklə nəzərdə tutulmuş daşıma qaydalarının pozulması ilə əlaqədar mülki məsuliyyət yaradır. Belə ki, məhsulun mülkiyyətçisi həmin sürücüyə qarşı vurulan maddi ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququna malikdir.
13:25
Bakıda kuryer müştərinin sifarişinə müdaxilə edərkən görüntülənib.
Sosial şəbəkədə paylaşılan görüntülərdə "Bolt-Food" şirkətinin kuryerinin müştərinin sifarişinin qablaşdırmasını açaraq, çiy köftəni yuxanın arasına qoyaraq yediyi iddia olunur.
Sonxeber.az sözügedən görüntüləri təqdim edir:
Qeyd edək ki, bəziləri kuryerin halına acısalar da, onun hərəkətini qınayanlar da az olmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi