Baş verəcək qəzanın qarşısını alan çevik polislər – VİDEO
Siz deyin fədakarlıq, biz deyək peşəkarlıq, əzm və insanlıq!
Azərbaycan polisi bu dəfə yenə bizi qürurlandırdı. İyunun 8-də çəkilmiş video-görüntü bu gün sosial şəbəkələrin sözün əsl mənasında ən çox izlənilən xəbərinə çevrildi.
Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün polis nəfəri, polis serjantı Rəşad Abdulov 18 ildir xidmət başındadır. Onları daha yaxından tanıyaq.
"İyun ayının 8-i Həsən bəy Zərdabi küçəsində xidməti vəzifəmizi yerinə yetirərkən, "KİA" markalı nəqliyyat vasitəsinin sürücüsü yolda iki dəfə maşını dayandırdı. Hiss etdik ki, sürücü huşsuz vəziyyətdədir. Dərhal xidməti maşınımızı saxlayıb yolda hərəkətdə olan maşının arxasınca qaçdım. Ona ilk tibbi yardım göstərdik və yaxınlıqdakı xəstəxanaya yerləşdirdik" – deyə, polis nəfər i qeyd edib.
Rəşad Abdulov deyir ki, xidmət etdiyi 18 illik fəaliyyəti dövründə belə çətin anlar olub. Amma bu dəfə o, öz həyatını belə düşünmədən magistral yola çıxaraq, tanımadığı bir şəxsi xilas edib: "Sürücünü xəstəxanaya yerləşdirdik. Gözlədik, vəziyyəti yaxşılaşdı və xəstəxanadan ayrıldıq".
Əlahiddə Çevik Polis Alayının altıncı patrul bölüyünün polis nəfəri, polis baş serjantı Rüfət Kərimov da Rəşadla eyni gündə və eyni yerdə xidməti vəzifəsini yerinə yetirən fədakar oğullardandır: "Biz sürücünün yanına yaxınlaşanda o, huşsuz vəziyyətdə idi və sükanı artıq əlindən buraxmışdı. Bu an Rəşad cəld tərpənib maşınımızı saxlayıb, həmin maşının arxasınca qaçdı. Mən də yaxınlaşdım, ilk yardımı etdik. Onu xəstəxanaya yerləşdirdik. Vətəndaş özünə gələn kimi, maşınımı kim saxladı? Necə oldu deyə sual verdi. Təşəkkür etdi. Borcumuzdur, vətəndaşın yanında olub ona yardım edib, nəvaziş göstərək".
İlk dəfədir sükan arxasında köməksiz vəziyyətdə qalan sürücüyə kömək etdiyini dilə gətirən Rüfət Kərimov deyir ki, fədakarlıq həm də ürək işidir: "İlk dəfədir belə bir hadisə ilə qarşılaşdım. Əslində köməksiz insanlara kömək etmişik. Amma sürücü belə vəziyyətdə qarşıma çıxmamışdı". Peşəsini vicdanla yerinə yetirən Azərbaycan polisi, sizə eşq olsun!
APA TV-nin süjetini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1847 Tarix: 11 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Azərbaycan hərbçisi Nəsimi Musayevin Zəngəzurda saxlanılma anına dair kadrlar yayılıb. xəbər verir ki, müvafiq kadrları Ermənistanın nəşri tirajlayıb. Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Zəngəzuru
20 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrAzərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Azərbaycanda məktəblərdə "Tiktok"a çıxış məhdudlaşdırılıb. "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri" mövzusunda keçirilən Ailə Forumunda deyib. Onun sözlərinə görə
21 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrÖvladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? (VİDEO)
Toy karvanları və yeni doğulmuş körpələrin evə gətirilməsi münasibətilə bəzədilən avtomobillərə tez-tez rast gəlinir. Sürücülər sevinclərini bölüşmək istəyərkən bəzən yol hərəkəti qaydalarını unudurlar. Bəs avtomobillərə vurulan bəzəklər hansı hallarda cəriməyə səbəb ola bilər?. Yeni övladın dünyay
21 oktyabrRəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Əməkdar artist Rəşidə Behbudova mərhum atası, əfsanəvi müğənni Rəşid Behbudovla bağlı paylaşım edib. Qaynarinfo xəbər verir ki, müğənni paylaşımında atası ilə bağlı bəzi məqamları açıqlayıb:. "Azərbaycanın ilk şəhidi - Rəşid Behbudov. Moskvada Qorbaçovun üzünə Qarabağın Azərbaycana məxsus olduğun
20 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabr