Kassa çekləri insan həyatı üçün təhlükəlidir? - ARAŞDIRMA
Kassa çeklərindəki mürəkkəbin tərkibində "Bisfenol A" maddəsinin olduğu iddia edilib və həmin məhlulun insan sağlamlığına ciddi zərərləri ola biləcəyi aşkarlanıb. Alimlər "Bisfenol A"nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını bildirirlər.
Oxu.Az bu məsələ ilə bağlı araşdırma aparıb.
Ofset texnologiyaları üzrə mütəxəssis, texnoloq Azər Sarıyev saytımıza açıqlamasında bildirib ki, "Bisfenol A" kassa çekləri ilə yanaşı, bəzi plasmastların tərkibində də olur:
"Bu maddə birbaşa insan dərisi ilə təmasda olarsa, insan orqanizminə pis təsir edə bilər. Kassa çekləri əslində iki növdə olur. Bunlardan biri adi ofset kağızıdır. Ofset kağızdan olan kassa çeklərinə ölkədə çox az rast gəlinir. Digəri isə termo kağızlardır ki, ölkəmizdə daha çox bu qəbildən olan kağızlardan istifadə olunur.
Məsələnin məğzini anlamaq üçün hər iki kağızın strukturunu bilmək lazımdır. Ofset kağızın üzərindən xüsusi bir təbəqə, onun üzərindən isə istiliyə həssas bir təbəqə gedir. Bu təbəqənin özü də 3 komponentdən ibarətdir. Biri piqmentdir ki, bu, rəngi verən məhluldur. Bu məhlul insan orqanizmi üçün bir o qədər də ziyanlı deyil. Digər iki həssas komponentin tərkibində isə "Bisfenol A" var. Bu maddə olmadan həmin çeklərin çapı mümkün deyil. Çek aparatda istilik üsulu ilə çap olunur. Burada istifadə olunan mürəkkəb bildiyimiz adi mürəkkəbdən çox fərqlənir".
A.Sarıyev qeyd edib ki, çek kağızlarından bir dəfə istifadə etmək olar, onlar yenidən istifadəyə yararlı deyillər:
"Bir sözlə "Bisfenol A" kassa çeklərində var və təxminən 1 kvadratmetr kağızdan 1 milliqram "Bisfenol A" çıxa bilər. Bakıda çeklərə fikir verdiyim zaman bir məsələ diqqətimdən yayınmadı. Bahalı olduğu üçün Avropada istehsal edilən Köhler kağızlarından olan çeklər ölkəmizdə yoxdur. Həmin kağızlarda "Bisfenol A"nın miqdarı nisbətən az olur. Azərbaycana çeklərin bəlkə də 99 faizi Çindən gətirilir ki, onların da keyfiyyəti daha aşağıdır".
Həkim dermatoloq Şəmsiyyə Rəhimzadə Oxu.Az-a açıqlamasında qeyd edib ki, pandemiya bizə gigiyena qaydalarında daha ciddi riayət etməyi öyrətdi:
"Əgər "Bisfenol A" nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər. Biz sözügedən çeklərə toxunduqdan sonra əllərimizi yumadan qida qəbul edəriksə, orqanizmə ziyanı ola bilər. Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır. Əlinizi yumadığınız təqdirdə saatlarla bu maddə dərimizdə qalarsa, dərinin məsamələrindən qana nüfuz edərək beyin inkişafına, xroniki xəstəliklərin oyanmasına, şəkərli diabetlərdə şəkərin qalxmasına və s. səbəb ola bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalarla bağlı YENİLİK: Əməkhaqqının 100 faizi qədər pensiya alanlar...
Pensiya kapitalını almaq istəyənlərə şad xəbər olacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Yer kürəsi kosmosun dərinliklərindən sirli siqnal alıb: Onu kim göndərib?
Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi
Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs edilib
Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video
Rəşidə Behbudova: "Atama işgəncə verildi, dişləri, dırnaqları çıxarıldı"
Azərbaycanda qızılın son qiymətləri açıqlandı
Türkiyə bu ölkəyə ordu yeridir - Saziş TBBM-ə verildi
Azərbaycanda yağ kəskin bahalaşdı
"AKP rəsmiləri, millət vəkilləri dövlətimizi hədəfə alıblar" - millət vəkili Müşfiq Cəfərov
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi