"Piknik edirlər, odu yanılı qoyub gedirlər, ot sahəsini biçirlər, orda da qoyub gedirlər" -Xalıqverdi Hüseynov

"Piknik edirlər, odu yanılı qoyub gedirlər, ot sahəsini biçirlər, orda da qoyub gedirlər" -Xalıqverdi HüseynovXaçmaz-Xudat yolunun kənarında meşəlik ərazidə yanğın baş verib. Bununla bağlı Sonxeber.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Xalıqverdi Hüseynov bildirib ki, yanğına səbəb vətəndaşların məsuliyyətsizliyidir:
"Meşə yanğınlarının səbəbi sənin,mənim, hamımızın məsuliyyətsizliyidir. Piknik edirlər, odu yanılı qoyub gedirlər. Taxılı biçirlər, kövşənə od vururlar ki, asan şumlasın. Meyvə bağını, ot sahəsini biçirlər, orda da qoyub gedirlər. Dünən bir yerdə taxıl sahəsi biçilib və onun yanında meşədə yanğın olub. Vətəndaş taxıl sahəsini biçəndən sonra pres bağlayıb yanında durub ki, ona od düşməsin. Amma digər tərəfi gözünün qabağında yanır və durub baxır. İyulun 10-u Ağalı kəndində kövşəndə 15 hektar yer yanıb. Səfərbər olduq ki, yanğın digər ərazilərə keçməsin. Amma külək mane oldu. Kövşən yandı, sonra külək vurdu və meşəyə yayıldı. 10 dəqiqədə 200 metr ərazi yandı. Bu məsuliyyətsizlik davam etsə, itkimiz çox olacaq. Biz il boyu əhali arasında təbliğat aparırıq, rayon-rayon, kəndbəkənd izah edirik ki, məsuliyyətli olsunlar. Taxıl, ot biçməyənə qədər bu yanğınlar niyə baş vermir? Taxıl biçini başlayan kimi yanğın da başladı. Hamı sözdə deyir ki, meşə bizimdir. Amma qorumurlar.

Biz bayram günləri gücləndirilmiş iş rejiminə keçdik. Bilirdik ki, əhalinin meşəyə müdaxiləsi çox olacaq. Turizm bölgələrində ciddi nəticə əldə edə bildik. Amma Şabran-Quba yolu düzənlikdi. Yanğın hazırda söndürülüb, lakin müəyyən nöqtələrdə qalır. Ağac yanıb sönüb, amma içərisində köz qalır. Qəfildən od verir,ətrafa yayılır. Hazırda meşənin içərisindəyəm. Hərəmiz bir qupla közləri söndürürük. Bir balaca külək əssə, yenidən əvvəlki vəziyyətə qayıdacağıq.
Məsuliyyət bizim üzərimizdədir, amma hər kəs meşənin qorunmasına biganə yanaşsa, nəticə əldə etməyəcəyik. Kim gəlib bu yanğını görsə, ürəyi ağrıyar. Heyvanlar aləmi, bütün həyat məhv olub. Ola bilər ki, müəyyən müddətdən sonra bərpa olacaq. Biz 10 ildir xidmət edirik. 10-12 metr hündürlüyündə əkdiyimiz ağaclar bir günə yandı. Xaçmaz-Nabran ərazisində yanğını dünən neytrallaşdırdıq. Bu gün əsas problem Quba-Şabran yolunun solundadır.
Bu hamımızın günahıdır. Günahkar təkcə hadisəni törədən şəxs deyil, ictimaiyyət, həmin kəndin icra nümayəndəsi, bələdiyyəsi, məktəb direktoru,ağsaqqalıdır. Bu meşə hamımızındır".
Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1582   Tarix: 12 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr