Bir milyard manatlıq cinayət: Bakıda Kamil, İstanbulda Nüsrət...

Bir milyard manatlıq cinayət: Bakıda Kamil, İstanbulda Nüsrət...Bakıda qanunsuz sahibkarlıqla məşğul olan Qənbərov Kamil Səfadil oğlunun məhkəməsi başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, işə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Q.Kamil lisenziyası olmadığı halda faktiki olaraq bank fəaliyyəti göstərib.

Belə ki, o, Bakı şəhəri üzrə pul vəsaitlərinin 0,4 faizi məbləğində, Rusiyanın Moskva, Ukraynanın Kiyev, Gürcüstanın Tiflis və Türkiyənin İstanbul şəhəri üzrə isə pul vəsaitlərinin 0,2 faizi məbləğində xidmət haqqı müqabilində qanunsuz olaraq ayrı-ayrı şəxslərdən qəbul olunması və həmin şəxslərin sifarişi ilə üçüncü şəxslərə təhvil verilməsi üzrə xidmət göstərib.

O, bu işdə istintaqla şəxsiyyətləri müəyyən edilməyən Moskvada Sahil, Ukraynada Saşa, Gürcüstanda Baço, Türkiyədə isə Nüsrət adlı şəxslərlə əlbir olub.

Bu səbəbdən 34 yaşlı Kamil hakim qarşısında 192.2.3 maddəsi (Qanunsuz sahibkarlıq-mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham olunub.

Qeyri-qanuni bankın ofisi isə paytaxtın Nərimanov rayonu, K.Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən "Green Park" yaşayış kompleksinin 29 nömrəli mənzili olub.

Vüsal burada ona müraciət edən ayrı-ayrı şəxslərdən qeyd edilən qaydada müxtəlif məbləğlərdə pul vəsaiti alıb və qəbul etməli olan şəxslərə şəxsən və əlbir olduğu şəxslər vasitəsilə təhvil verilməsini həyata keçirib. Təqdim etdikləri pul vəsaitinin məbləğinə görə isə faiz alıblar.

Belə ki, qruplaşma 2019-cu ilin noyabrından 2021-ci ilin sentyabrınadək ümumilikdə 92 740 581,65 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 157 658 988,81 manat məbləğdə valyutanın faktiki olaraq qeyri-qanuni şəkildə köçürmə - həvalə yolu ilə əvəzləşdirilməsini həyata keçirib. Bu işə görə həmin məbləğin 0,4 faizi olan 370 962 dollar, yəni 630 635 manat qazanc kimi götürülüb.

Ümumilikdə həmin dövrdə Bakı, Moskva, İstanbul, Kiyev və Tiflis şəhərlərində qeyd edilən dörd ölkə ərazisi üzrə ofislərdə 625 138 174,17 ABŞ dolları, yəni həmin dövrün rəsmi məzənnəsi ilə 1 062 734 896,09 manat məbləğdə pul vəsaitinin qanunsuz sahibkarlıq fəaliyyəti üzrə dövriyyəsi həyata keçirilib. Bunun qarşılığında isə ümumilikdə 2 756 105 manat gəlir əldə edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kamil Qənbərov elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, etdiyi əməli adi borc münasibəti və xidməti adlandırıb. Təqsirləndirilən şəxs bu müddət ərzində qazancının 70-80 min dollar olduğunu bildirib.

Hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesin yekununda hökm oxunub. Kamil Qənbərova altı il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası iki il altı ay sınaq müddəti təyin edilməklə şərti hesab edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1789   Tarix: 13 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr