Aqil Abbas Qurban Qurbanovun yuxusunu BELƏ YOZDU
Xəbər verildiyi kimi "Qarabağ" ötən gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərə açıqlamasında millət vəkili Aqil Abbası yuxusunda gördüyünü və qarlı Şuşada dağın başında onunla danışdığını deyib. O, maraqlı yuxu görməsini oyundan əvvəl Aqil Abbasın ona zəng etməməsi ilə əlaqələndirib.
Maraqlıdır ki, millət vəkili Aqil Abbas Bizim.Media-ya açıqlamasında eyni yuxunu özü də gördüyünü və yuxusunun çin olduğunu qeyd edib:
"Oyundan sonra mətbuat konfransına baxa bilməmişdim. Çox qəribə olsa da, həmin gecə eyni yuxunu mən də görmüşəm. Görürəm ki, Ağdamdan Əskərana, Xocalıdan Xankəndiyə keçib, Şuşaya qalxırıq. Oyun başlayıb. Bizim müdafiəçimiz öz qapımıza top vurur. Əslində real oyunda da birinci qol elə müdafiəçinin səhvindən oldu. Yuxudan hövlnak durdum və dua etdim. Səhər tezdən oyanıb yenə komandamız üçün dua etdim. Oyunu izləyirdim, baxdım ki, o dəqiqə qol vurdular. Fərqinə vardım ki, yuxum çin olub. Yenə də çoxlu dualar edib oyunu izləməkdə davam etdim. Baxdım ki, "Qarabağ" "Lex"i parçalayıb keçdi".
Deputat oyundan əvvəl Qurban Qurbanova zəng etməmə səbəbini də açıqlayıb:
"Hər dəfə oyundan əvvəl və sonra Qurban Qurbanova zəng edirdim. Hətta uduzanda da zəng edib təsəlli vermişəm. Bakıda deyiləm, rayondayam. Bu dəfə Qurbanla danışa bilmədim. Bu dəfə özü oyundan sonra ilk dəfə mənimlə əlaqə saxladı və təbrik etdi. Mən də ona gözaydınlığı verdim. "Komandamız var olsun"dedim.
Qurbana da, komandasına da qurban olum! Qurban təkcə Qarabağı deyil, bütün Azərbaycanı təmsil edir. Onun da məni yuxuda görməsi maraqlıdır. Dünyada belə şeylər olur.
Əsas odur ki, məni yuxuda görməyi düşərli olub. Amma yuxuda görməklə deyil, komanda at kimi oynayırdı. Əsl Qarabağ atları idilər. Özü də yorulmadan 90 dəqiqə..."Qarabağ"a uğurlar arzulayıram", - deyə Aqil Abbas əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1185 Tarix: 13 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabr