"Heç kim kəriməçiləri dəstəkləmədi" - Bəhruz Məhərrəmov

"Heç kim kəriməçiləri dəstəkləmədi" - Bəhruz Məhərrəmovİstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Azərbaycanda dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün hansı tədbirlər görülür?
Bununla bağlı Sonxeber.az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, heç bir vətəndaşımız "mənim dinim, dilim, etnik mənsubiyyətim fərqlidir" düşüncəsini ağlına gətirməyib və ölkədə sağlam tolerant mühit formalaşıb:

"Azərbaycanda tarixən milli və dini vəhdət mövcud olub. Biz həmişə fərqli dili, dini fərqli etnoslara vahid Azərbaycan xalqının zənginlik göstəricisi kimi baxmışıq. Eyni zamanda vətənuğrunda haqq savaşlarımızda heç bir vətəndaşımız "mənim dinim, dilim, etnik mənsubiyyətim fərqlidir" düşüncəsini ağlına gətirməyib. Xüsusilə, prezident İlham Əliyevin hakimiyyəti dövründə milli, dini, etnik məsələ dövlət siyasətinin vacib prioritetlərindən biri olub və hər bir vətəndaşımızın öz milli xüsusiyyətlərini, adətlərini qorumasına, ümumi birliyimizə rəng və güc qatmasına xüsusi önəm verilib.
Sirr deyil ki, böyük dövlətlərlə əhatələnmişik. Bölgədə maraqları olan xeyli sayda kənar qüvvələr var. Bu qüvvələr hamısı hər zaman öz maraqlarını təmin etmək üçün alət və vasitələr axtarışındadır. Milli və dini amillər də daim bu qüvvələrin maraq dairələrində olub və bu meyarlardan istifadə etmək üçün çoxsaylı cəhdlər göstərilib. Amma heç zaman heç bir qüvvə milli azlıqlar və digər dinlərin nümayəndələri olan vətəndaşlarımızdan dövlətə qarşı istifadə edə bilməyiblər, bundan sonra da bu mümkün deyil. Bunun da iki səbəbi olub.

Birincisi, ölkədə sağlam tolerant mühit formalaşıb, milli maraqlarla hüquq və azadlıqlar arasında qızıl orta tapılıb. Nəticədə bu qəbildən olan vətəndaşlara münasibətdə elə bir siyasi xətt seçilib ki, bütün milli və dini azlıqlar təbii və haqlı olaraq özlərini bu xalqın, bu toplumun ayrılmaz və qiymətli bir parçası hesab edir. Ən ucqarlarda belə milli ənənələrin qorunması, dini abidələrin mühafizəsi və bərpası birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarətində diqqət mərkəzində saxlanılır. Torpaqlarımız işğaldan azad edilərkən o torpaqlara ilk ayaq basanlardan biri də məhz alban-udi məbədlərinin keşişləri oldu.

İkincisi, ölkədə güclü mərkəzi hakimiyyətin, o cümlədən, ölkə rəhbərliyinin ciddi sosial bazasının olması, dövlət və xalq arasında vəhdətin, həmrəyliyin mövcudluğu kənar qüvvələrin qızışdırıcı və təxribat xarakterli heç bir aktının reallaşmasına imkan verməyib. 90-cı illərdə AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində zəif və yarıtmaz idarəçilik dövründə kənar qüvvələr bu sahədə ciddi təxribatlar törətməyə, parçalanma salmağa nail oldu. Talış-Muğan kimi qondarma dövlətə şahid olduq. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli lider bu axına son qoyaraq ölkəni milli münaqişə, qardaş qırğını və parçalanmadan xilas etdi. Xalq , ələxsus da hədəf seçilən etnik kimliklər də o bu xalqın qiymətli nümayəndələri kimi o zaman dahi liderin ətrafında bir yumruq kimi birləşərək pozucuları, təxribatçıları yerində oturtdular. Bir sözlə, Ümummilli lider həmrəyliyimizə nail oldu. Cənab İlham Əliyev isə milli vəhdətin ən yüksək nümunəsini meydana çıxardı və Vətən müharibəsində hamımız bunun şahidi olduq. Sonrakı həssas post-münaqişə dövründə isə bu sahədə ardıcıl, məqsədyönlü və uzaqgörən siyasət bu sağlam mühiti daha da gücləndirmişdir. Bu günlərdə yenidən "Kərimə" adlı saxta və əsassız bir ideologiya ortaya atıldı. Biz dövlətimizin etnik və milli sahədə siyasətinin gücünə bir daha şahid olduq. Ölkədə anti-milli qüvvələrdən başqa heç kim kəriməçiləri dəstəkləmədi. Əksinə, xalq özü bu təxribatçı ideologiyanı dövlətin müdaxiləsi olmadan elə beşiyindəcə boğdu, bu ideyanın daşıyıcıları isə sosial şəbəkələrdə məsxərə obyektinə çevrildilər".

Material Azərbaycan Respublikasının

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.


"Heç kim kəriməçiləri dəstəkləmədi" - Bəhruz MəhərrəmovŞəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3357   Tarix: 13 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sabah Bakıya və rayonlara yağış yağacaq

Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

21 oktyabr
.

Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü

Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira

21 oktyabr
.

İldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI

İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni

20 oktyabr
.

"Binalar arasında məsafənin azaldılması insan həyatı hesabına aparıla bilməz" - Muxtar Ərturan

Şəhərsalma zamanı binalar arasındakı məsafənin qorunması yalnız ərazidən səmərəli istifadə deyil, həm də sakinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin yeni tikililərdə binaların bir-birinə həddindən artıq yaxın yerləşdirilməsi yanğın zamanı alovun qonşu binaya keçməsi riskində

20 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor

21 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr