Qazinin qardaşı intiharla bağlı şok açıqlamalar verdi: "Evdəki təqvimdə ayın 9 və 10-nu qaralayıb"
"Qardaşımın ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Başımız yasa qarışdığı üçün bunu hələ tapa bilməmişəm. Həmin görüşdən sonra deyib, dizimi yerə ata, qolumu sındıra bilərlər, amma başımı aşağı əyə bilməzlər. O cümlənin altında çox sözlər var. Mənə də maraqlıdır ki, nə məsələdir?"
Sonxeber.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib.
O, qardaşının intiharından əvvəl yayılan videosundakı sözlərinin arxasında ciddi məqamların olduğunu bildirib:
"Maraqlıdır ki, qardaşım nəyə əsasən videoda elə sözlər deyir. Hər halda araşdırma aparılır. Qardaşım nə dəli idi, nə də onun psixoloji problemi var idi. İcra başçısı deyir ki, onun psixoloji problemi olub. Xeyr, elə bir şey yoxdur. Hər kəsin müharibədə iştirak etmək üçün psixoloji gücü olmur. Amma qardaşım müharibədə döyüşüb və evə qayıdıb. Son vaxtlar səhhəti ilə bağlı ciddi bir şikayəti yox idi, amma ağrıları qalmışdı. Ağrılarının olması onun psixoloji probleminin olduğu anlamına gəlmir. Qardaşım Maştağadakı xəstəxanada yatmışdı və ondan sonra pensiyaya çıxmışdı. Ona əsasən də dərmanlar atır və müalicə alırdı".
E.Cəfərov qardaşının ölümündə pərdəarxası məqamların olduğunu dilə gətirib:
"Qardaşım ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Ölümündən əvvəl dedi ki, əlimi-qolumu sındırdılar. O cümlənin altında çox sözlər var. Maddiyyat, dolanışıq məsələsinə qalsa, müharibəyə getməzdən əvvəl nə ilə dolanırdı? Şükür Allaha, çörəyimiz də, suyumuz da var. Özü pensiya alırdı, mən də kömək edirdim. Dövlətdən də heç bir incikliyi olmayıb. Bir müddət əvvəl "TikTok"da video paylaşmışdı. Orda deyirdi ki, müharibə başlasa, yenidən xidmətə yollanaram. Deyirdi ki, 19-20 yaşında olanları çağırmayın, bizi çağırın gedək. Mən Avropa, Dünya çempionuyam. Biz Vətənimizə, dövlətimizə, Prezidentimizə, millətimizə, bayrağımıza sadiq insanlarıq. Sadəcə ayın 9-da görünür, çox şey olub. Qardaşım evdə asılan təqvimdə ayın 9-10-nu qaralayıb. Deməli, qardaşım 9-u kiminləsə görüşüb, məsələ olub və ayın 10-u gedib bunu edib. Burada müəmma var. O həmişə məni eşidirdi. Yalnız mənim sözümə qulaq asırdı. Əgər kimsə qardaşımın yanında məni yığıb desəydi ki, telefonda qardaşın səni gözləyir, o, özünə heç nə etməzdi. Təəssüf ki, mənə zəng etməyiblər".
E.Cəfərov bildirib ki, intihardan əvvəl çəkilən videonu qardaşının qazi dostları çəkib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5233 Tarix: 13 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıya və rayonlara yağış yağacaq
Oktyabrın 22-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal
21 oktyabrMasazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
Abşeronda kişi sevgilisini döyüb. -a istinadən xəbər verir ki, hadisə Masazır kəndi, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. 65 yaşlı Murad Şükürov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi münasibətdə olduğu qadını əl, yumruq və təpik zərbələri ilə döyüb. Buna səbəb qadının Muradın içki içməsinə ira
21 oktyabrİldırım çaxarkən bu yerlərdə dayanmayın - TƏHLÜKƏ QAYDALARI
İldırım vurması insan həyatı üçün ciddi təhlükə yarada, ağır xəsarətlərə və hətta ölümə səbəb ola bilər. Xüsusilə, ildırımlı hava zamanı açıq ərazilərdə qalmaq, ağacların altında daldalanmaq və su hövzələrinin yaxınlığında olmaq təhlükəni artırır. Belə hadisələr zamanı riskləri azaltmaq üçün təhlükəni
20 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrMariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. xəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək. Tədbirdə, həmçinin "Google X"in keçmiş baş biznes direktor
21 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabr