IV ixtisas qrupu üzrə abituriyent neçə balla müsabiqəyə buraxılır?
Ali təhsil müəssisələrinə I-IV qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, cari ildə I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ikinci mərhələsində iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər.
Həmçinin III ixtisas qrupunun müxtəlif altqrupları üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki altqrup üzrə müsabiqəyə buraxılır.
IV ixtisas qrupu üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.
Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir:
- Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır;
- Ekologiya ixtisası üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır;
- Bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisasları üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1804 Tarix: 14 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı
19 oktyabrUşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir
Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard
20 oktyabrKirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?
Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray
21 oktyabrİsmayıllıda zəlzələ oldu
Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə
19 oktyabrMəleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış
"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr
20 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabr