İş adamı "Land Rover"lə 4 nəfəri necə öldürüb? - ANBAAN VİDEO - TƏFƏRRÜAT

İş adamı "Land Rover"lə 4 nəfəri necə öldürüb? - ANBAAN VİDEO - TƏFƏRRÜATCİNAYƏT İŞİ

Qısa arayış…

2021-ci iyunun 14-də gecə saat 1 radələrində Binəqədi-Novxanı yolunda Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi "Land Rover" və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı avtomobillər toqquşub. Nəticədə Murad Ziyadov və sərnişinləri – Kamran Əhmədov, Elman Şıxəliyev və Yunis Mürsəlov hadisə yerində ölüblər. Elşad Kəlbəliyev və sərnişini Ələsgər Əliyevə xəstəxanada tibbi yardım göstərilib.Məlumata görə, 1978-ci ildə Naxçıvan Muxtar Respublikasında doğulan Elşad Kəlbəliyev "Baxçalı Evlər" MTK-nın təsisçisidir, "Qurtuluş 93" Yaşayış kompleksinin sahibinin kürəkənidir.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Lent.az sözügedən cinayət işinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 14-ü gecə saat 1 radələrində Elşad Kəlbəliyev sərxoş halda özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan "Land Rover" markalı, 10-CO-002 nömrəli avtomobillə Binəqədi-Novxanı yolu ilə hərəkətdə olarkən, qarşıdan öz yolu ilə gələn Murad Ziyadovun idarə etdiyi "Daewoo Damas" markalı, 99-ZL-837 nömrəli avtomobillə toqquşub. Nəticədə 4 nəfər dünyasını dəyişib. Bundan başqa, E. Kəlbəliyev "Daewoo" markalı nəqliyyat vasitəsinin sahibi Emin Hüseynəliyevə 7000 manat məbləğində maddi ziyan vurub.

Qəza edən avtomobillər

İş üzrə dindirilmiş Elşad Kəlbəliyev bildirib ki, iyunun 14-də dostları ilə Sumqayıt şəhərində yemək yeyərkən gecə saat 00:00-da oğlu zəng edərək, hərarətinin qalxdığını və özünü pis hiss etdiyini deyib:

"Avtomobilimə əyləşib, Binəqədi-Novxanı yolu ilə hərəkət etdim. Bir az getdikdən sonra, yolun sağ tərəfində 5-6 nəfərin çimərlik paltarlarında dayandıqlarını gördüm. Hərəkətsiz dayandıqları üçün, təhlükə yaratmayacaqlarına əmin oldum və döngədə sürəti azaltmadım. Amma piyadalar 20-30 metr qalmış onlar qəflətən qaçaraq, sağdan sola yolu keçməyə başladılar. Onları vuracağımı görüb, dərhal sükanı sola buraraq, əks yola çıxdım və bu zaman qarşıdan gələn "Daewoo" markalı avtomobillə toqquşdum. Qəza zamanı ciddi xəsarət aldım, hadisədən sonra bir müddət huşsuz vəziyyətdə olmuşam".
Hadisə olan ərazi

Kəlbəliyev qeyd edib ki, ümumiyyətlə spirtli içki içən deyil və həmin gündə heç nə qəbul etməyib.

Zərərçəkmiş şəxs qismində dindirilmiş Emin Hüseynəliyev bildirib ki, fiziki şəxs kimi içməli suların satışı ilə məşğul olub, Murad Ziyadovu müqavilə ilə işə götürüb:
"İyunun 14-də mənə məlum oldu ki, Noxvanı yolunda hərəkətdə olarkən avtomobilimi idarə edən Ziyadov Elşad Kəlbəliyevin idarə etdiyi maşınla toqquşub. Nəticədə sürücü və 3 sərnişin ölüb".

Məhkəmə iclasında Elşad Kəlbəliyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

Tərtib olunan protokol

Zərərçəkmiş şəxsin hüquqi varisləri bildiriblər ki, onlara dəymiş ziyan Kəlbəliyevin qohumları tərəfindən ödənilib, buna görə təqsirləndirilən şəxsə qarşı şikayətləri yoxdur.
Məhkəmə hesab edib ki, Elşad Kəlbəliyevə ittiham olunduğu Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Cinayət Məcəlləsinin 56-cı maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşad Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun apellyasiya şikayəti qismən təmin olunub və cəzası 8 ilə endirilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3216   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr