İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - FOTO

İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - FOTOÖtən gün Fövqəladə Hallar Nazirliyinin əməkdaşının sosial şəbəkələrdə intim görüntüləri yayıldı. Məlumata görə, həmin şəxs Yanğından Mühafizə Xidmətinin rəis müavini Zaur Mirzəyevdir. Sözügedən şəxsin iş vaxtı xidməti otağında qurumun fərqli xanım əməkdaşları ilə cinsi münasibətdə olması və bunları gizli şəkildə lentə alması böyük rezonans doğurdu.

Məsələ ilə bağlı Oxu.Az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu belə görüntülərin sosial şəbəkələrdə yayılmasının qəti əleyhinə olduğunu vurğulayıb:
İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - FOTO"Gedə biləcəkləri yüz yer var. Cəhənnəm olub, harada nə edirlər-etsinlər. İş yerində belə şey etmək düzgün deyil. Amma onları "Facebook"da və digər sosial platformalarda yaymaq da olmaz, bu bizim milli dəyərlərimizə uyğun deyil. Şəxsən mənə çox pis təsir edir. Jurnalistlər belə şeylərin yayılmasına imkan verməsinlər. O şəxs vəzifəsindən istifadə edərək qadınları bu əməli törətməyə məcbur edib. Ümumiyyətlə, bütün hallarda bu görüntüləri paylaşmaq əxlaqsızlıqdır və heç kimin ixtiyarı yoxdur. Əgər əllərində bu görüntülər vardısa, nazirə göstərib həmin şəxsləri işdən qovdura bilərdilər. Nazir bilməliydi ki, polkovniki nə işlə məşğuldur, qadınları nəyə məcbur edib".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov səkkiz il əvvələ aid olan görüntülərin birdən-birə yayılmasının maraq doğuran bir məqam olduğunu deyib:
İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - FOTO"Görüntülərə baxmamışam, şəxsin öz qəbahətini, pis əməllərini videoya çəkməsi təəccüblüdür, düzü, məəttəl qalmışam. Bu, qanuna da, əxlaqa da zidd addımdır. Onun özü haqqında ifşaedici materialları kiməsə verməsi məntiqli görünmür. Yəqin ki, görüntülər kiminsə əlinə keçib, o da yayıb. Belə əxlaqazidd, bizim milli mentalitetimizə uyğun gəlməyən, tərbiyədən kənar, cəmiyyətdə mənfi fikir yaradan videoların çəkilməsi də, yayılması da xoşagələn hal deyil. Çünki indi onlara təkcə böyüklər deyil, təzə dil açan uşaqlar da baxırlar".

Psixoloq Aidə Nəbiyeva isə vəzifəsindən istifadə edərək çalışdığı qurumun xanım əməkdaşlarını bu cür əməllərə məcbur edən şəxslərin psixoloji durumundan söz açıb:
İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - FOTO"Bu videoların sosial şəbəkələrdə yayılmasının tam əleyhinəyəm. Çünki həmin videolar digər insanların cinsi tərbiyəsinə mənfi təsir göstərir. Həmçinin bu işlərdə maraqlı olan şəxsləri prosesə daha da meyilləndirir. Biz görüntünü paylaşıb tənqid edərək cəmiyyəti düzəldə bilmərik. Belə mövzularla bağlı daha fərqli maarifləndirmə işləri aparılmalıdır. Xanımları şantaj yolu ilə buna məcbur edən şəxs uyğun şəkildə cəzalandırılmalıdır. Cəmiyyətdə hazırda bir çox kişilər var ki, öz cinsi tələbatlarını onlardan asılı olan qadınlar üzərindən ödəməyi daha çox sevirlər. Şəxsiyyətlərindəki problem ondan ibarətdir ki, onlar daha zəif insanlar üzərində özgüvənlərini təmin etməyə çalışırlar".

Hüquqşünas Turan Abdullazadə isə prosesin hüquqi tərəfini izah edib. O bildirib ki, belə hallarda xanımın könüllü olub-olmaması aparıcı rol oynayır:

"Videolardan sadəcə birinə baxmışam, həmin videoda da qadın könülsüz görünmürdü. Doğrudur, burada etik davranış qaydalarına zidd hərəkət var, amma əgər videonun çəkilməsindən qadının xəbəri olubsa, hər hansı cinayət məsuliyyətindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Qanunu var. Həmin qanunun 10-cu maddəsində qeyd olunur ki, FHN əməkdaşlarının yerinə yetirməli olduğu vəzifələrdən biri də işçilərin işini çətinləşdirən, yaxud onların nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməkdir. Digər bir vəzifələri isə etik davranış və intizam qaydalarına əməl etməkdir.
İntim kadrlar, iki min manatlıq cəza, şərəf məhkəməsi: Nazirlik əməkdaşının 8 il sonra yayılan videosu - FOTOAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1. maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və fotoçəkiliş materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi min manatdan iki min manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər, yaxud bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır".

Hüquqşünas xanımların qanunsuz əmri icra etməmək kimi bir seçimlərinin olduğunu da qeyd edib:

"Xanımlar da FHN əməkdaşı olublar, buna uyğun hərəkət etməliydilər. Cinayət Məcəlləsinin 40-cı maddəsində qeyd olunur ki, qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur. Bilərəkdən qanunsuz əmri yerinə yetirərək qəsdən cinayət törədən şəxs isə ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. Yəni xanımlar xidmət nizamnaməsində nəzərdə tutulmamış bir funksiyanı icra etməyə məcbur ediləndə ondan imtinanı seçə bilərdilər. Hər iki tərəf nizamnamə tələblərini pozub. Onlar intizam məsuliyyətinə cəlb oluna bilərlər".

Həmsöhbətimiz videoların xanımlardan gizli çəkilməsi məsələsinə də toxunub:

"Əgər videogörüntülər gizli çəkilibsə, şəxsi həyatın toxunulmazlıq hüququ pozulub, ona görə də hüquq-mühafizə orqanlarına bu məsələnin araşdırılması üçün müraciət edə bilərlər. Eyni zamanda maddi-mənəvi ziyanın ödənilməsiylə bağlı vətəndaşın məhkəməyə müraciət etmək hüququ var. Şərəf məhkəməsinə çıxarılacaq bir şey olduğunu isə düşünmürəm. Şərəf məhkəməsi daxili intizam məsuliyyətinə cəlb etmək üçün olan bir sistemdir. Adətən, hərbiləşdirilmiş orqanlarda olur. Burada isə ondan söhbət getmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 10788   Tarix: 16 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

20 oktyabr
.

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard

20 oktyabr
.

Bir sinifdə 40 şagird: Təhsilin keyfiyyəti necə qorunur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə siniflərdə şagird sayının 35-40 nəfərə çatması tədrisin keyfiyyəti və hər bir uşağa fərdi yanaşma imkanları ilə bağlı suallar yaradır. Belə siniflərdə müəllimin bütün şagirdlərin dərsi nə dərəcədə mənimsədiyini izləməsi, onların suallarına vaxt ayırması və öyrənmə çətinliklərini vaxtınd

20 oktyabr
.

Torpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək

Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind

21 oktyabr
.

Sabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)

Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub

21 oktyabr
.

Şəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı

"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini

20 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr
.

Məhsulun üzərindəki tarix dəyişdirilib? Bunu necə müəyyən etmək olar? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Məhsulların üzərindəki istehsal tarixinin və son istifadə müddətinin dəyişdirilməsi istehlakçıların aldadılması ilə yanaşı, qida təhlükəsizliyi baxımından da ciddi narahatlıq doğurur. Xüsusilə, qablaşdırmanın üzərindəki tarix məlumatlarının saxtalaşdırılması alıcıların vaxtı keçmiş məhsulları bilmədə

21 oktyabr
.

Eldar Əzizov gələcək haqqında

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix

20 oktyabr