Lazada turistləri kəndə buraxmadılar, iki nəfər saxlanıldı - TƏFƏRRÜAT
Qəbələnin Laza kəndi yaxınlığında insident baş verib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl polis əməkdaşları Laza kəndində "Ural" markalı yük avtomobilinin Dəmiraparan çayının içi ilə dağın zirvəsinə doğru hərəkət etdiyini və yük yerində 20-25 nəfər daşıdığını aşkar ediblər. Dərhal yük maşını saxlanılıb.
Məlum olub ki, avtomobilin sənədləri qaydasında deyil, texniki təhlükəsizlik qaydalarına əməl olunmayıb. Həmçinin sürücü kabinəsində olan iki nəfər özlərini tur rəhbəri kimi təqdim edərək səs-küy salıb. Bu zaman insident baş verib və polis əməkdaşları onlara müqavimət göstərən şəxsləri saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.
Buradakı araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Vüqar Kərimov və Elman Salmanov adlı vətəndaşlardır. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmədə bildirilib ki, saxlanılan şəxslər Lazadan Mucuq şəlaləsinə turistləri hər birindən 20 manat müqabilində texniki tələblərə cavab verməyən "Ural" markalı yük maşının kuzasında aparırmışlar.
Onlar bildiriblər ki, Mucuq şəlaləsinə qalxan yolu əl əməyi ilə açıblar və xeyli iş görüblər.
Məhkəmə saxlanılan şəxslərin hər ikisinə pul cəriməsi təyin edərək sərbəst buraxıb.
Qeyd edək ki, son günlərdə DYP əməkdaşları Laza kəndində yaşamayan şəxsləri kənd ərazisinə avtomobillə buraxmır. Bu məsələ ilə bağlı ərazidə dəfələrlə gərginlik yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2023 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!
20 oktyabrUşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir
Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard
20 oktyabrTorpaq bazarında yeni imkan: Bu şəxslərə pulsuz sahələr veriləcək
Vətəndaşlara ödənişsiz torpaq sahələrinin ayrılması məsələsi mülkiyyət hüququ, sosial təminat və torpaq ehtiyatlarından istifadə baxımından maraq doğurur. Belə imkanlardan yararlanmaq üçün qanunvericilikdə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər nəzərə alınmalıdır. Torpaq sahələrinin ayrılması prosesind
21 oktyabrSabiq deputat Natiq Rəsulov ürək tutmasından vəfat etdi (FOTO)
Azərbaycanın sabiq millət vəkili vəfat edib. Qaynarinfo -a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş deputatı Natiq Rəsulov vəfat edib. O, qəfil ürək tutmasından dünyasını dəyişib. Allah rəhmət eləsin!. Qeyd edək ki, Natiq Rəsulov Milli Məclisin 1995-200-ci illər I çağırış deputatı olub
21 oktyabrŞəki Xan Sarayını nə qədər turist ziyarət edib? - Gəlir açıqlandı
"2026-cı ilin 9 ayı ərzində Şəki "Yuxarı Baş" Milli Tarix-memarlıq qoruğunda yerləşən Xan sarayına ümumilikdə 128 min turist bilet alaraq ziyarət edib. Təqribən 50 minə yaxın turist biletsiz, yəni ödənişsiz giriş əldə edib". Ölkə.az xəbər verir ki, bunu Qoruqları İdarəetmə Mərkəzini
20 oktyabrKamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi
Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib
20 oktyabrEldar Əzizov gələcək haqqında
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın bütün xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə qış mövsümünə hazırlıq məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün biz Prezident İlham Əliyevin son tarix
20 oktyabr