İrəvan xanının nəticəsi Bakıya gəlib

İrəvan xanının nəticəsi Bakıya gəlibİrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani Bakıya gəlib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədri Fuad Muradov İrəvan xanının nəticəsi ilə görüşüb. Görüşdə İrəvan xanının varisləri olan bir sıra şəxsiyyətlər, tariximiz, mədəniyyətimiz, eləcə də ermənilərin zəngin irsimizə vurduğu ölçüyəgəlməz ziyan barədə fikir mübadiləsi aparılıb.

Komitə sədri bildirib ki, Azərbaycan Prezidentinin Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayındakı çıxışı xaricdə yaşayan azərbaycanlılara ciddi mesajlar verib və onların beynəlxalq informasiya platformasında fəaliyyət istiqamətlərini müəyyən edib.

Bəhmən xan Sərdari İrəvaninin oğlu Əmir Əli Sərdari İrəvani ata yurdunda qalan xanlıq dövrünə məxsus yeganə məscid - Göy məscidi tikdirmiş Hüseynəli xanın və həmçinin Məhəmməd xanın nəslindəndir.

Söhbət zamanı Əmir Əli Sərdari İrəvani bildirib ki, İrəvanda babası Hüseynəli xanın inşa etdirdiyi Göy məsciddən başqa heç bir tarixi abidə qalmayıb. Əmir Əli nəsil şəcərəsi barədə maraqlı məlumatlar verib, Qacar ailəsi ilə qohumluğu haqqında danışıb.

1974-cü ildə Tehranda anadan olan Əmir Əli Sərdari İrəvani 2003-cü ildən Almaniyada yaşayır. Alman avtomobil sənayesində araşdırma və inkişaf sahəsində çalışan mühəndisdir. O, həmçinin etnoqraf və tarixçi kimi də tanınır. Əmir Əli Sərdarinin belə bir soyadı daşıması azərbaycanlıların qədim tarixi köklərə sahib olmasının və hansı torpaqlara mənsubluğunun danılmaz sübutudur.

Əmir Əli Sərdari İrəvani yerli və beynəlxalq ictimaiyyətə İrəvan xanlığı haqqında dolğun məlumatların çatdırılmasında kifayət qədər fəallıq göstərən şəxslərdəndir.

Qonaq Diasporla İş üzrə DK-nın son illər Azərbaycanın tarixi şəxsiyyətlərinin və tanınmış nəsillərin xaricdə yaşayan varisləri ilə ciddi əlaqələr qurmasını, onların vaxtaşırı ölkəmizə gətirilməsi, ulu vətənləri ilə daha yaxından tanış olmaları üçün sistematik fəaliyyət göstərməsini təqdir edib, komitə ilə səmərəli əməkdaşlıqdan məmnunluğunu dilə gətirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1161   Tarix: 24 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Leysan yağışları ilə bağlı narahatlıq: "Yağış sularının idarə olunması üçün daha çox iş görülməlidir"

İstanbulda müşahidə olunan güclü leysan yağışları sel, daşqın və şəhərdaxili su basmaları riskini yenidən gündəmə gətirib. Azərbaycanda da intensiv yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, dağlıq ərazilərdə sel hadisələrinə və şəhərlərdə infrastrukturla bağlı problemlərə səbəb ola bilər. Bel

20 oktyabr
.

Bakıda hava yağmursuz olacaq, rayonlara yağış yağacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanı

19 oktyabr
.

Vətəndaş "Nar" operatorunun əməkdaşından şikayətçidir: "Dərdini kimə deyəsən?"

Sosial şəbəkədə anonim hesabla şikayətini bildirən vətəndaş, "Nar" mobil operatorunun müştəri xidmətlərinin əməkdaşının onunla kobud danışdığını iddia edib. -nun xəbərinə görə, şikayətçi bildirib ki, müraciəti qeydə alınsa da, məsələni aydınlaşdırmaq əvəzinə, əməkdaşın davranışı narazılığın

20 oktyabr
.

Uşaq bağçaları ilə bağlı XƏBƏRDARLIQ: Bu qaydalar gözlənilməlidir

Uşaq bağçalarında qida təhlükəsizliyinin təmin olunması uşaqların sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Qidaların keyfiyyəti, saxlanma və hazırlanma şəraiti, eləcə də uşaqların qidalanmasına nəzarət mümkün zəhərlənmə hallarının qarşısının alınmasında mühüm rol oynayır. Uşaqlard

20 oktyabr
.

Kirayə bazarında yeni qaydalar: Qiymətləri nə müəyyən edəcək?

Kirayə mənzillərlə bağlı vergi öhdəlikləri və müqavilələrin rəsmiləşdirilməsi tələbləri ev sahiblərinin qərarlarına, eləcə də daşınmaz əmlak bazarındakı qiymətlərə təsir göstərə bilər. Əlavə xərclərin yaranması bəzi mülk sahiblərini kirayə haqqını artırmağa, mənzillərini bazardan çıxarmağa və ya kiray

21 oktyabr
.

İsmayıllıda zəlzələ oldu

Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub. Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə

19 oktyabr
.

Məleykə Abbaszadədən imtahan narazılıqları ilə bağlı çağırış

"Hər il imtahanlardan sonra oxşar mənzərə ilə qarşılaşırıq. Xüsusilə ilk imtahandan sonra sualların çətinliyi ilə bağlı müəyyən narazılıqlar yaranır, müxtəlif çağırışlar isə bəzən bu narazılıqları daha da artırır". Qaynarinfo xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) sədr

20 oktyabr
.

Kamran Əliyev Şirvan, Binəqədi və Nizamiyə prokuror təyin etdi

Baş Prokuror Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib. Bu barədə Qaynarinfo-ya Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib

20 oktyabr
.

Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib

2026-cı il oktyabrın 20-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin təşkilatçılığı ilə Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında - "Place du Luxembourg" meydanında bir qrup azərbaycanlı itkin ailəsi etiraz aksiyası keçirib. Aksiyada etiraz bəyanat

20 oktyabr