Nadir Adilov: Uğurlu mediasiya islahatlarında Ali Məhkəmənin çox ciddi dəstəyi var

Nadir Adilov: Uğurlu mediasiya islahatlarında Ali Məhkəmənin çox ciddi dəstəyi varMediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun qeyd etdiyinə görə, məhkəmə - hüquq islahatlarımızda mühüm yeri və rolu olan Ali Məhkəmənin 100 illik yubileyi ərəfəsindəyik. Cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, məhkəmə - hüquq islahatlarına da çox mühüm yer verir. Cənab Prezidentin rəhbərliyi ilə aparılan islahatlarda insan hüquqlarının müdafiəsi, məhkəmə - hüquq islahatlarında vətəndaş məmnunluğunun təmin edilməsi çox mühüm yer tutur. Əlbəttə ki, bu islahatların həyata keçirilməsində hüquq sektorunun və bu sektorun əsas iştirakçılarından biri olan Ali Məhkəmənin mühüm və xüsusi rolu var. Hər birimizə məlumdur ki, hüquq islahatları da digər sahələr kimi ən məsuliyyətli və çətin sahələrdən biridir. Bu sahədə ümumi məhkəmə təcrübəsinin öyrənilməsi, illərin sınağından çıxmış və ictimai tələb yaradan məsələlərin qanunvericilikdə əksini tapması məsələləri də çox mühümdür.

Mediasiya Şurası olaraq işlədiyimiz çox qısa zamandakı fəaliyyətimiz müddətində Ali Məhkəmə ilə çox sıx və səmərəli əməkdaşlıq qura bilmişik. Çox sevindirici haldır ki, məhkəmə - hüquq islahatlarının bir hissəsi olan mediasiya islahatlarına Ali Məhkəmə rəhbərliyi tərəfindən hər zaman çox ciddi dəstək göstərilib. Biz Ali Məhkəmə tərəfindən dəfələrlə qəbul edilmişik, problemlərin həllində dəstək almışıq. N. Adilov qeyd edib ki, Ali Məhkəmədə heç bir bürokratik əngəl və süründürməçilik görmədən çox rahat şəkildə mediasiya islahatları üzrə problemlərimizi müzakirə edə bilirik. Əlbəttə ki, Ali Məhkəmənin bizə göstərdiyi dəstəyi məhkəmə - hüquq islahatlarının əsas lokomativi olan Məhkəmə - Hüquq Şurasının da mediasiya islahatlarına göstərdiyi diqqətin bir təzahürü kimi qəbul edirik.

Bizi Kütləvi İnformasiya Vasitələrindən Məhkəmə - Hüquq Şurasının məlumatları ilə tanış olarkən Məhkəmə - Hüquq Şurasının sədri, Ədliyyə Naziri çox hörmətli cənab Fikrət Məmmədovun Məhkəmə - Hüquq Şurasının iclasları sahəsindəki çıxışlarında Mediasiya Şurasının fəaliyyətinin təkminləşdirilməsinə, meydana çıxan problemlərin çevik həll edilməsinə, eyni zamanda mediasiya sahəsində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsinə nə qədər böyük diqqət ayırdığının şahidi oluruq. Əlbəttə ki, bu bizim üçün çox böyük və şərəfli bir məsuliyyətdir. Çox yeni və müstəqil təsisat olan Mediasiya Şurasına Məhkəmə - Hüquq Şurası da daxil olmaqla, Ali Məhkəmənin də dəstək olması bizi daha səmərəli nəticələrə doğru aparır.

Ali Məhkəmənin rəhbərliyi də daxil olmaqla, hər bir kollegiya sədri və hakimlərlə, Ali Məhkəmənin Aparatı və şöbələri ilə istənilən zaman mediasiya islahatları üzrə məsələləri çevik müzakirə etmək və nəticələrə gəlmək yolunda Ali Məhkəmə rəhbərliyi tərəfindən diqqət və qayğı görürük. Eyni zamanda çox mütərəqqi bir haldır ki, biz elektron mediasiya prosesləri üzrə də Ali Məhkəmə ilə çox sıx təmasdayıq.

Çox sevindirici bir haldır ki, qurmaq istədiyimiz E-mediasiya proseslərinin də Ali Məhkəmədə dəfələrlə müzakirəsi zamanı biz məhkəmə mütəxəssislərinin çox ciddi məsləhət, dəstək və tövsiyələrini almışıq. Hal-hazırda biz bu məsələlərin üzərində işləyirik. E-mediasiya prosesləri qaçılmaz və danılmazdır və bizi əhatə edən mühitin də dəstəyi ilə ciddi nəticələrə nail olacağıq.

Eyni zamanda müvafiq məhkəmə instansiyaları ilə fəaliyyətimizin əlaqələndirilməsində, daha yaxşı təcrübələrin öyrənilməsində Ali Məhkəmə bizə yaxından dəstək verir. Ona görə də fürsətdən istifadə edib, hər zaman bütün qayğılarımıza xüsusi diqqətlə yanaşan Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev, Ali Məhkəmə sədrinin müavini cənab Çingiz Əsgərova xüsusi minnətdarlığımı bildirirəm.

Fürsətdən istifadə edib, Ali Məhkəmənin rəhbərliyini və bütün kollektivini Mediasiya Şurası adından 100 ilik yubiley münasibəti ilə təbrik edir və bizə göstərdikləri dəstəyə görə hər birinə xüsusi təşəkkür edirəm.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1038   Tarix: 16 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - Video

Xırdalan-Bakı marşrutu üzrə fəaliyyət göstərən avtobusda sərnişin və sürücü arasında narazılıq yaranıb. -ə istinadən xəbər verir ki, 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə sərnişinlərdən biri arasında mübahisə baş verib. Sərnişinlərin bildirdiklərinə görə, yaranan gərginli

16 oktyabr
.

Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu

Jurnalist Səidə Bəkirqızın xüsusi ittiham qaydasında şikayəti əsasında Sevinc Bağman qızı Hüseynova barəsində ittiham hökmü çıxarılıb. Məhkəmə onu həm böhtan, həm də təhqir cinayətini törətməkdə təqsirli bilib. Bu barədə Səidə Bəkirqızının hüquqlarını müdafiə edən vəkil Yaqub Nəcəflidən aldığımız məlumat

16 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Məktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör

16 oktyabr
.

Pensiya əlavəsinin məbləği vəzifəyə görə dəyişəcək

Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə" nin təsdiq edilməsi barədə" , "Əmək pensiyalar

16 oktyabr
.

Bağçada psixotrop maddə qalmaqalı: Valideynlər hansı addımları atmalıdır?

Uşağın qanında psixotrop maddənin aşkarlanması və bu hadisə ilə əlaqədar bağça müdirinin işdən çıxarılması uşaqların təhlükəsizliyi, məktəbəqədər təhsil müəssisələrində nəzarət mexanizmləri və məsul şəxslərin hüquqi öhdəlikləri ilə bağlı ciddi suallar doğurur. Belə hallarda hadisənin hansı şəraitdə ba

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. xəbər verir ki, sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub. Məsələ ilə bağlı -

15 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr