Məktəblərin istiliklə təmin olunmasına başlanılıb

Məktəblərin istiliklə təmin olunmasına başlanılıbPayız-qış mövsümü ilə əlaqədar noyabrın 1-dən respublikanın dağ və dağətəyi ərazilərində, 15-dən isə digər bölgələrdə yerləşən məktəbəqədər və ümumi təhsil müəssisələrinin istiliklə təmin olunması prosesinə başlanılıb.

Bu barədə Sonxeber.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin 62 faizində istilik təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qeyd olunan təhsil müəssisələrinin istilik təminatında yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması məqsədilə cari ilin avqust ayından istilik sistemlərinin yoxlanışı və təmiri istiqamətində işlərə başlanılıb. Bundan əlavə, "Azəriqaz" İB ilə əməkdaşlıq çərçivəsində 1-20 oktyabr tarixlərində təhsil müəssisələrinə test rejimində mavi yanacaq verilməsi təmin edilib. Bu da istilik sitemlərinin yoxlanışı və təmiri işlərini sürətləndirib.

Yoxlamalar zamanı aşkar edilmiş problemlərin həlli məqsədilə cari ilin sentyabr ayından intensiv təmir işlərinə başlanılıb və 1200-dən çox təhsil müəssisəsində yaranan problemlərlə bağlı işlər tam şəkildə yekunlaşıb. Hazırda təhsil müəssisələrinin istilik sistemlərinin monitorinqi və istiliyin verilməsi ilə yaranmış problemlərin həlli istiqamətində işlər davam etməkdədir.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin 38 faizi odun, dizel, elektrik radiatorları və digər vasitələrlə qızdırılır. Payız-qış mövsümünə hazırlıq çərçivəsində bu təhsil müəssisələrinin müvafiq yanacaqla təminatı prosesi davam etdirilir.

Bundan başqa, artıq ikinci ildir ki, odundan istifadə edən bir sıra məktəblərin ekoloji cəhətdən təmiz olan pellet yanacağına keçidi də həyata keçirilib. Qazax, Tovuz və Ağstafa rayonlarında yerləşən 44 təhsil müəssisəsində 800-dən artıq pellet sobası quraşdırılıb və yanacaq təminatı icra edilib.

Qeyd edək ki, istilik sistemlərində mövcud və yaxud yarana biləcək problemlərin həlli istiqamətində görülən işlər mövsümboyu davam etdiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 899   Tarix: 17 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

15 oktyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə

16 oktyabr