Vəzifəli şəxs ailəsi ilə qəzaya düşdü - 22 yaşlı xanımı öldü - FOTO
Şamaxıda ağır yol qəzası baş verib.
Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 16-da saat 20:30 radələrində, Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı rayonu ərazisindən keçən 108-ci kilometrliyində qeydə alınıb.
"Azərişığ"ın vəzifəli əməkdaşı, 1990-cı il təvəllüdlü Əkbərli Emil Rafail oğlunun idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə sürücü, avtomobildə olan sərnişinlər: sürücünün həyat yoldaşı, 2000-ci il təvəllüdlü Əkbərli Suğra Mirağa qızı və 2020-ci il təvəllüdlü oğlu ağır xəsarətlər alıblar. Xəstəxanaya yerləşdirilən 22 yaşlı Suğra Əkbərli bir neçə saat sonra vəfat edib.Əldə etdiyimiz məlumata görə, İsmayıllı rayon sakini olan E.Əkbərli son günlərədək "Azərişıq" ASC-nin "Şimal-Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin Oğuz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl işdən çıxıb və Bakıya təyinat alıb. Hadisə də vəzifəli şəxs ailəsi ilə birgə Bakıya gələrkən baş verib.
Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5387 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
16 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabr