"Ona çox zülm edirdi" - Atanın öz oğlunu öldürməsinin təfərrüatı

"Ona çox zülm edirdi" - Atanın öz oğlunu öldürməsinin təfərrüatıQubada 35 yaşlı oğlu Sərraf Vahabovu öldürən 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun məhkəmə prosesi başa çatıb.

Sonxeber.az "qafqazinfo"ya istinadən xəbər verir ki, N.Vahabov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, sözügedən hadisə bu ilin mayında baş verib. Həmin gün Nüsrət Vahabov evə sərxoş vəziyyətdə gələrək bazardan aldığı əti doğramağa başlayıb. Bu zaman oğlu Sərraf Ramazan bayramı günü spirtli içki qəbul etməsi ilə əlaqədar atasına irad tutub. Nəticədə tərəflər arasında ciddi mübahisə yaşanıb.

Mübahisə əsnasında Sərraf atasına yumruqla və həyətdə istifadə olunan bellə zərbələr endirib. N.Vahabov isə oğlunu cəzalandırmaq məqsədilə cibindən çıxardığı bıçaqla onun ürək nahiyəsinə zərbə endirib. Nəticədə oğlu qanitirmədən ölüb.

Məhkəmə ifadə verən N.Vahabov bildirib ki, oğlu narkotik aludəçisi olub:

"Hadisə günü bazardan evə gəlib aldıqlarımı mətbəxə yerləşdirən vaxt oğlu da evyanın digər tərəfində idi. Daha sonra oğlum yanıma gəldi, həmin vaxt gözləri qızarmışdı. Bir anda Sərraf başıma vurdu, başım qanadı. Qanı yumaq üçün çölə çıxanda arxadan gəlib kürəklə məni vurmağa başladı. Hər yerim yaralanmışdı. Oğlumun əlindən qurtulmaq üçün evin eyvanına tərəf getdim, bu zaman Sərraf da arxamca gəldi. Oğlum üzərimə gələn vaxt bıçaq ona batdı. Bütün bunlar iki dəqiqə ərzində baş verdi. Hər gün 200 qram araq içirdim, hadisə vaxtı evdə ikimizdən başqa heç kim yox idi. Onun ağır yaralandığını da bilməmişəm. Hadisədən sonra elə orada gözlədim, polislər gəldikdən sonra isə onlarla birlikdə getdim, əməlimdən çox peşmanam".

Məhkəmədə zərərçəkənin həyat yoldaşı da ifadə verib. O bildirib ki, əri narkotik, qayınatası isə spirtli içki aludəçisi olub. Qadının sözlərinə görə, Sərraf Vahabov narkotik maddələrin təsiri altında dəfələrlə həm onu, həm də ailə üzvlərini döyüb, anasından isə məcburi pul alıb.

Məhkəmədə şahid qismində dindirilmiş Çeşminaz Vahabova isə bildirib ki, hadisə günü evə daxil olan zaman oğlu ilə ərinin dalaşdığını görüb, lakin Sərrafın necə bıçaqlandığını bilməyib:

"Sadəcə gördüm ki, oğlum ürəyini tutub. Sərraf mənə "Ana, atam məni ürəyimdən vurdu" dedi. Onun barmaqlarının arasından qan gəldiyini görüb suyu Səffarın üzərinə tökdüm, dedim ki, qorxmasın, ona heç nə olmayacaq. Təcili tibbi yardıma zəng etmək ağlıma gəlmədi, çağırış edəndə isə artıq gec idi. Sərraf atası Nüsrətə çox zülm edirdi, buna görə də Nüsrət ona dəfələrlə "Mənə bu qədər zülm eləmə, səni göndərəcəm" deyirdi, yəni polisə şikayət edəcəyini bildirirdi. Bunu dediyi zaman isə Sərraf atasının boynundan yapışıb ona əziyyət verirdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1241   Tarix: 18 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Mənzil alarkən vətəndaşlar bəzən yalnız evin qiymətinə, yerləşdiyi əraziyə və görünüşünə diqqət yetirir, lakin sənədlərin yoxlanılması, tikilinin hüquqi vəziyyəti, mənzilin faktiki sahəsi və müqavilə şərtləri kimi mühüm məqamları nəzərdən qaçırırlar. Tələsik verilən qərarlar isə sonradan maddi itkilər

15 oktyabr
.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Hərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"

16 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"

15 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

15 oktyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə

16 oktyabr