"Microsoft Azerbaijan" şirkətinə kimlər rəhbərlik edib ?
Dünyaca məşhur Microsoft şirkəti günü-gündən inkişaf eləməyə davam edir. Microsoft şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır. Bu şirkətin hər ölkədə ofisi demək olar ki var.
"Microsoft Azerbaijan" şirkətinə kimlər rəhbərlik edib ?
Bu haqda Sonxeber.az-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz açıqlama verib.
"Microsoft-un Azərbaycan nümayəndəliyi 17 il fəaliyyət göstərib. Ofis rəsmi olaraq 2005-ci ildən fəaliyyətə başlayıb. Az qala 30 il bu sektorda olduğumdan, Microsoft-un Azərbaycan ofisinin Baş menecerləri haqqında xatırladıqlarımı təqdim edirəm :
1. 2005 - 2008, Volodimir Çaykovski, Ukrayna vətəndaşı olub,
2. 2008 - 2012, Teymur Axundov , hazırda Kanadada yaşadığı bildirilir
3. 2012 - 2016, Rüfət Hacıəlibəyov, hazırda Səhiyyə nazirinin rəqəmsallaşma üzrə müşaviridir
4. 2016 - 2019, Sərxan Həşimov, hazırda Dövlət Vergi Xidməti sistemində çalışır
5. 2019 - 2022, Qaçay Mirzəyev, hazırda işsizdir
6. 2022 - Ofisin əksər əməkdaşları işdən çıxarılıb.
Ofisin ölkədaxili fəaliyyəti dayandırılıb. Azərbaycanla bağlı məsələlər Microsoft-un kənar ofisləri tərəfindən idarə olunur.
Güman ki, ofisin hüquqi şəxs olaraq bağlanış prosedurlarını reallaşdırmaq üçün bir texniki əməkdaş təyin edilib".
AYSEL ƏKBƏR
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1004 Tarix: 18 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
16 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabrƏhalinin son sayı - Açıqlandı
İlin əvvəlindən ölkə əhalisinin sayı 17445 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il sentyabr ayının 1-i vəziyyətinə 10279796 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən 0 oktyabr 2026-cı ilədə
16 oktyabr