Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdür

Milli Qəhrəman Gültəkin Əsgərovanın doğum günüdürBu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın doğum günüdür.

O, 1960-ci il noyabrın 20-də Bakıda anadan olub. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə yardım etməyə gedib.

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Özü ilə 5 tibb bacısını götürərək könüllü döyüşə gedib.

Şuşa şəhərinin həbsxanasında olanların qapısının açılmasında onun da xidməti olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdi.

1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub.

Anasına göndərdiyi məktubda yazılmışdı:

"Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də indi alınmadı…"

Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılıb. Bura yaralıları hərbçilər gətirməliydi ki, o da əsgərləri müalicə etsin. Lakin atəş səslərinin gücləndiyini eşidib. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 1992-ci il 19 iyul saat 15:00-də şəhid olub.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub. 20 noyabr 1993-cü il tarixli 31 saylı fərman ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb./Baku.ws


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1055   Tarix: 20 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video

Sumqayıt şəhərində yerləşən özəl uşaq bağçasında azyaşlının xəsarət alması ilə bağlı araşdırma aparılır. -ın əldə etdiyi məlumata görə, hadisə ilə bağlı vətəndaş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırması davam etdirilir. Xatırladaq ki, Sumqayıt şəhər sakini Yaqub Yasinov azyaşl

15 oktyabr
.

Məktəb həyatı məşhur fotoqrafın obyektivində: Cəlal Kəngərli məktəblilərin bir gününü lentə alıb

Məktəbdə çəkilmiş bir fotoşəkilə diqqətlə baxın. Kadrın bir tərəfində bir-biri ilə gülüşən uşaqlar, digər tərəfində kitabını sinəsinə sıxaraq sinfə tələsən şagird, bir qədər aralıda isə müəllimin ətrafına toplaşaraq nəsə danışan balacalar görünür. Kiminin üzündə sevinc, kiminin baxışlarında maraq, kimini

15 oktyabr
.

QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib

Bakıda QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası üzrə təlim keçirilib. Okyabrın 13-də Azərbaycan Milli QHT Forumunun konfrans zalında "QHT-lər üçün rəqəmsal kommunikasiya və sosial media strategiyası" mövzusunda təlim keçirilib. Təlim "İnformasiya və Sosial Təşəbbüslər

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi

Bakının Yasamal Rayon Məhkəməsi yol cərimələrinin ödənilməməsi ilə bağlı Milli Məclisin deputatı Məzahir Əfəndiyev barəsində aparılan doqquz inzibati işə xitam verib. Məhkəmə deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb. Qaynarinfo -ya istinadə

16 oktyabr
.

Bakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba

15 oktyabr
.

Lerikdə tanışını güllələyib meyitini dərəyə atan hərbçiyə hökm oxundu

Lerikdə tanışını başından güllələyərək meyitini dərəyə atmaqda və digər cinayət əməllərində təqsirləndirilən Elşən Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Cəlilabad Hərbi Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökm

16 oktyabr