"YAP Heydər Əliyevin şah əsəridir" - Aydın Hüseynov

"YAP Heydər Əliyevin şah əsəridir" - Aydın Hüseynov"Yeni Azərbaycan Partiyasının yaranmasını şərtləndirən amilləri sadalasaq ilk öncə o dövrdəki ictimai-siyasi, hərbi, iqtisadi vəziyyəti göz önünə gətirmək lazımdır. Bəs, o dövrdə nə baş verirdi, yeni siyasi qüvvənin siyasət meydanında olması nələri dəyişə bilərdi? Əsas məsələ də buradadır. Həm də həmin siyasi qüvvəyə kim rəhbərlik edəcəkdi? Bu, çox önəmli idi. Çünki o dövrdə hər gün göbələk kimi zühr edən partiya və hərəkatlar ölkədə baş verən hadisələrin idarəedicisinə, ağır yükün altına girərək Azərbaycanın xilasedicisinə çevrilə bilmirdi".

Bunu Sonxeber.az-a danışan deputat Aydın Hüseynov bildirib.

Deputat qeyd edib ki, təcrübəsizlik, dövlətçilik, idarəçilik səriştəsinin olmaması ölkədə xaosu bir az da dərinləşdirirdi:

"Təbii ki, xarici müdaxilələr fonunda baş verən hadisələri, ölkəni bürümüş etiraz dalğasını nizamlamaq, problemlərin həlolində avanqard rolu yalnız bu çətinliklərin öhdəsindən gələ bilmək bacarığı yalnız bir şəxsdə var idi – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevdə".

A.Hüseynov bildirib ki, müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası cəmi 6 aydan sonra iqtidar partiyasına çevrildi:

"Heydər Əliyevin nüfuzu, siyasi çəkisi, dünya dövlətlərində kifayət qədər tanınması, bacarığı, dövlətin idarə olunmasında qazandığı təcrübə onun yenidən hakimiyyət sükanı arxasına keçməsini şərtləndirdi. 91 nəfər ziyalının Ulu Öndərə müraciəti əslində milyonlarla azərbaycanlının səsi idi. Hətta o vaxtkı hakimiyyətdə təmsil olunanlar Heydər Əliyevin hakimiyyətə gəlməsində daha çox maraqlı idilər. Çünki, səriştəsizlikləri səbəbindən ölkənin hansı dərinlikdə uçuruma düşürdüklərini anlamağa başlamışdılar. Halbuki, xalqımız, xüsusən də hakimiyyəti zorla ələ keçirən AXC-Müsavat təmsilçiləri Ulu Öndərin hakimiyyətə daha tez gəlməsinə əngəl törətməsəydilər nə gənc ölkəmiz iqtisadi cəhətdən tənəzzülə uğrayar, nə cəmiyyətdə xaos baş verər, nə də Ermənistanın təcavüzü genişlənər və torpaqlarımız işğal olunmazdı. Bütün bunların günahı elə keçmiş hakimiyyətin səriştəsiz, cinayətkar üzvlərindədir. Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bildirdiyi kimi, Heydər Əliyev tərəfindən dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi".

Deputat bildirib ki, Ulu Öndər Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi:

"Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə həmişə xalqa xidmət edirdi. Hələ Sovet hakimiyyəti illərində Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrildi. Bu da Heydər Əliyevin gərgin əməyi, fədəkarlığı, idarəetmə qabiliyyəti sayəsində oldu. Əgər Ulu Öndər 1987-ci ildə Moskvada Siyasi Büronun üzvlüyündən və ümumiyyətlə, hakimiyyətdən uzaqlaşdırılmasaydı Qarabağda separatist qüvvələr baş qaldıra bilməzdilər. Azərbaycanın xilaskarı xalqımızın ən çətin anlarında onun yanında oldu, özünün və ailəsinin həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələrinə etiraz əlaməti olaraq ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək dünya mediası qarşısında baş verən faciəyə kəskin etirazını bildirdi, Qorbaçovu ittiham etdi. Məhz bu keyfiyyətdə olan siyasi xadim Azərbaycanın dar günündə hakimiyyət yükünün altına girməli idi və Yeni Azərbaycan Partiyasının sədri kimi xalqdan güc alaraq bütün çətinliklərə sinə gərdi, öz ömrünü xalqı yolunda fəda etdi. Bu gün Azərbaycan məhz Heydər Əliyevin əsasını qoyduğu ideoloji xətt üzərinə mətnlə addımlayır, inkişaf edir, 44 günlük müharibədə Zəfərə imza atır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1625   Tarix: 21 noyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bacısı komaya düşdü, efirə çıxmadı

Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-

16 oktyabr
.

Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qənd alarkən yalnız məhsulun qiymətinə, rənginə və qablaşdırılmasına deyil, onun keyfiyyətinə və təhlükəsizliyinə də diqqət yetirmək vacibdir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi "№1", "Kəhrəba" və "Nabat" əmtəə nişanlı qənd məhsullarında kükürd dioksidin miqdarını

16 oktyabr
.

BU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?

Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə

15 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. "Trend"ə istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiy

14 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr