Lənkəranda naməlum şəxslər tərəfindən döyülən məktəblinin yaxınları danışdı - YENİLƏNİB + VİDEO
Lənkəran rayonu, Viyən kəndində döyülərək ağır vəziyyətdə olan məktəblinin yaxınları danışıb.
"Xəzər Xəbər"ə danışan məktəblinin yaxınlarının sözlərinə görə, onun kənddə heç kimlə bir münaqişəsi olmayıb, özü də ali məktəbə hazırlaşırmış.
"Axşam nənəsini xalası gilə yola saldıb evə qayıdıb. Daha sonra həyətdə uşaqlarla oynuyub. Sonra gedib və bir saat sonra qayıdanda qanlar içərisində olub".
Şagirdin ailəsi bu hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub və hazırda araşdırma aparılır.
Qeyd edək ki, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi axşam saatlarında kəndin ərazisində naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Xəsarət alan yeniyetmə təcili yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstaxanasına çatdırılıb. Həkimlər şagirdin vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Daha ətraflı süjetdə:
20:46
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonunda məktəbli döyülməsi ilə bağlı açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü İ.Q. ötən gün saat 22:57 radələrində ağır kəllə-beyin travması, təpə sümüyünün sınığı, alın və üz nahiyəsinin sivrilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:
"Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. İ.Q tibb müəssisəsində əməliyyat edilib, hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1368 Tarix: 21 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bacısı komaya düşdü, efirə çıxmadı
Aparıcı Mətanət Əliverdiyeva ötən gün bacısı komaya düşdüyü üçün "Xəzər axşamı" verilişinə çıxmayıb. Axşam.az xəbər verir ki, aparıcı bu barədə proqramda danışıb:. "Dünən işə gələndə evdən çox pis bir xəbər aldım. Məndən 10 yaş böyük bacım şəkərli diabetdən əziyyət çəkir. Şəkəri 600-
16 oktyabrBakıda və Abşeronda hava iki gün tozlu olacaq
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsini
15 oktyabrAysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi
Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə
15 oktyabrBU GÜNÜN "ÖLÜLƏR"İ KİMLƏRDİR?
Bu gün Azərbaycanda mövcud olan dünyəvi təhsil modelinin tarixi və ideya əsasları da bir əsrdən artıq müddətdə maarifçi ziyalılarımızın apardığı mübarizə ilə sıx bağlıdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Ömər Faiq Nemanzadə, Əli bə
15 oktyabrMəktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir
14 oktyabr