ATV rəhbərindən Nanəyə "yanındayıq" mesajı
"Azad Azərbaycan" televiziyasının rəhbəri Azər Xəlilov canlı yayımda Nanə Ağamalıyevaya jest edib.
OLAY yazır ki, bu barədə aparıcı veriliş zamanı məlumat verib:
"Verilişə gəlmədən öncə duyğulandım. ATV-nin rəhbərliyinə, Azər Xəlilova təşəkkürümü bildirirəm. O, mən gələn gündən deyib ki, istedadlı uşaqları efirə cəlb etmək lazımdır. Bəzən insan susub ürəyindəki ehtiramını əməli ilə göstərə bilər. Mənim və gördüyüm işlərin üzərində əməyiniz danılmazdır. Dedilər ki, rəhbərlik sənə çiçək göndərib. Mənim üçün bu məqam çox özəldir. Bu diqqətinizi heç vaxt unutmayacağam".
Qeyd edək ki, bir neçə gün öncə makiyaj ustası Anar Ağakişiyev "Astar" TV-yə müsahibəsində Nanəni sərt tənqid etmiş, onu özünü ATV rəhbəri kimi aparmaqda günahlandırmışdı:
"Nanə özünü elə aparır ki, sanki kanal rəhbəridir. Əgər bu sözlərimə görə, "ATV" məni qara siyahıya atsa, vecimə də deyil. Əgər Nanənin reytinqi yüksəkdirsə, qalxıb birbaşa rəhbərin otağında otursun. Bütün digər aparıcılar aşağıya düşüb makiyaj olunurlar. Nanəni isə öz otağında bəzəyirlər. Əgər Nanə ulduzdursa, Xoşqədəm Hidayətqızı neyləsin? Xoşqədəmin nə reytinqi, nə də ki ulduzluğu heç də Nanədən geri qalmır. Əksinə yüksəkdir, hətta fəxri adı da var. Əgər buna ulduz deyiriksə, onda Xoşqədəm meqa-ulduzdur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4915 Tarix: 29 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabrYəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabr"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi
14 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabr