Öldürülən 16 yaşlı cüdoçunun sevgilisi DANIŞDI - FOTO
Son zamanlar gənclərin ani ölümü ilə qarşılaşırıq. Kimisi yol qəzasında, kimisi cavanlaşan xəstəliklərdən, kimisi isə gözləmədiyi anda dünyasını dəyişir. O biri dünyaya 16 yaşında köçən Turan Rüstəmov da ölümü erkən yaşında görən gənclərdən biridir.
Xatırladaq ki, məlumatlara əsasən, o, Şağan İdman Olimpiya Kompleksində 19 yaşlı idmançı Ruslan Səfixanov tərəfindən söyüş üstündə öldürülüb.
"Tiktok"da Turana aid videolar trendə düşüb.
Sonxeber.az xəbər verir ki, lent.az onların içərisində mərhumun sevgilisinin paylaşdığı görüntülərlə də qarşılaşıb. Adı E.H. olan həmin qızla əlaqə yaratdıb.
E.-in sözlərinə görə, o, mərhumun məzarına baş çəkmək üçün hər gün Mingəçevirdən Yevlaxın Salahlı kəndindəki məzarlığa gedir:
"Biz ötən il cüdo klubunda tanış olmuşuq. Sosial şəbəkə hesabımızda bir-birimizi izləyirdik. Bir gün məndən çox xoşlandığını, sevdiyini söylədi. Münasibətimiz çox gözəl irəliləyirdi. İlk sevgi saf olur deyirlər. Elə idi bizdə. Həmişə bir-birimizin yanında idik. Elə sevə-sevə də ayrılmışıq...
Sonuncu dəfə nəyinsə üstündə bərk dalaşıb əlaqəmizi kəsdik. Düzdür, mənimlə yenidən bərabər olmaq üçün cəhdlər edirdi. İstəmirdim, amma indi çox peşmanam. Həmin hadisə olanda dostlarım xəbər verdi mənə. Biləndə ki, Turan bıçaqlananda oradakı müəllimlər, insanlar heç bir şey etməyiblər, dəhşətə gəldim. Necə yəni heç kəs heç nə etmədi? Necə yəni göz görə-görə qarşısını almadılar? Videolara baxa bilmədim, ürəyim gəlmirdi. İndi baxıram və hələ də özümə gələ bilmirəm.
Hər gün ona baş çəkməyə Mingəçevirdən Yevlaxın Salahlı kəndinə gedirəm. Danışıram onunla, ölümü ilə barışa bilmirəm. Nə mən, nə də ailəsi. Bacısı ilə danışıram. Onların halını təsəvvür edin. Evdən Bakıya uşaq yola salıblar ki, yarışa getsin. Sağ-salamat göndərdikləri uşağın evə cənazəsi gəlir..."
E.-in və mərhumun yaxınlarının indi təsəllisi şəkillər, səs yazıları, xatirələr və qara torpaqdır. "Söyüş üstündə" həyatına son qoyulan Turan Rüstəmovun hekayəsi yarıda qırıldı, Allah onun yaxınlarına səbr versin...
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
Türkiyə sahillərində dünyanın ən qədim batmış gəmisi tapıldı
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Mənzil alarkən aldadılmamaq üçün nələrə diqqət etmək lazımdır? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Ölkədə qızılın 1 qramı bu qiymətə satılır