Oğlu dünyaya gələn şəhidin arzusu yerinə yetirildi - FOTOLAR
2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Bu münasibətlə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında şəhidin həyat yoldaşı və körpə ziyarət edilib.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova körpənin dünyaya gəlməsi münasibətilə rayon rəhbərliyi adından ailə üzvlərinə təbriklərini çatdırıb, şəhid ailələri və qazilərin qayğılarının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Rayon icra hakimiyyətindən Modern.az-a verilən məlumata görə, şəhid Vadim Qocayevin anası və xanımı onlara göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər və dünyaya gələn oğul övladına atasının arzusuna əsasən Zeyd adı qoyulduğunu söyləyiblər. Ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər. Vadimin ailəsində oğlundan başqa bir qız övladı da böyüyür.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Vadim Qocayev Vətən müharibəsi zamanı "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən göstərdiyi igidliyə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1586 Tarix: 29 noyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Keçmiş müstəntiq Müşfiq Abbasov hərbi xidmətdə saqqal saxlanılması qaydaları və məktəblərdə geyim tələblərinin hüquqi əsasları barədə danışıb. xəbər verir ki, Müşfiq Abbasov dini ibadətlə məşğul olan şəxslərin hərbi xidmətə yollanarkən saqqal saxlamaq məsələsi ilə bağlı mövcud qaydalara əməl etməli olduqların
14 oktyabrRəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15 oktyabrYəhudi şagirdlər də məktəbə vahid formada gedir - Video
Bakıda yəhudiəsilli vətəndaşların da təhsil aldığı 152 nömrəli tam orta məktəbdə ("Xabad Or-Avner" məktəbi) şagirdlər dərsə məktəbli formasında gedir, müəyyən olunmuş geyim tələblərinə əməl edirlər. "Qafqazinfo" Günaz TV-yə istinadən xəbər verir ki, təhsil müəssisəsinin şagirdlər
14 oktyabr"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov
"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi
14 oktyabrBakıda maşın atla toqquşdu - At sahibi saxlanıldı - Video - Yenilənib
Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. -a istinadən xəbər verir ki, qəza Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində qeydə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. Qəzanın hansı şəraitdə ba
15 oktyabr