Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb?

Məktəbli sinif yoldaşının atası tərəfindən döyülüb?Abşeron rayonu, Masazır qəsəbəsində 8-ci sinif şagirdi M.Şirinovun döyülməsi ilə bağlı araşdırma başlayıb.

Sonxeber.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, artıq övladının sinif yoldaşının atası tərəfindən döyüldüyünü deyən valideynlə qarşı tərəfin izahatları alınıb:

"Məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır. Tərəflər polis orqanına dəvət olunmaqla izahatları alınıb. Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir".

Qeyd edək ki, məktəblinin valideyni oğlunun dünən təhsil aldığı orta məktəbdən qayıdarkən hücuma məruz qaldığını deyir:

"Oğlum M.Şirinov evə qayıdarkən dayanacaqda bir maşın saxlayıb. İçərisindən düşən üç nəfər küçənin ortasında, hamının gözü önündə uşağı möhkəm döyüblər. Yerə yıxıb sürüyərək, təpik və yumruqla çırpıblar, zorla maşına mindirmək istəyiblər. Dünən xəstəxanada uşağın yarılmış qaşına tikiş düşüb. Bədəni gömgöydür. Uşağı döyənlər onun sinif yoldaşının atası və digər şəxslər olub. Səbəb də uşaqların məktəbdəki mübahisəsi olub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2563   Tarix: 09 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov

"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi

14 oktyabr
.

İlahə Nəsirova kosmetoloji fəaliyyətini harada və hansı əsasla həyata keçirir?

Sosial şəbəkələrdə "kosmetolog.ilahanasri" adı ilə fəaliyyət göstərən İlahə Nəsirova ilə bağlı BTV Xəbərə ciddi məlumat daxil olub. -ın redaksiyasına daxil olan məlumatda bildirilir ki, Nəsirova sosial şəbəkə üzərindən kosmetoloji prosedurlar təklif edir və müştərilər qəbul edir. Lakin onu

14 oktyabr
.

Məktəblərdə vahid geyim: Dünyəvilik və sosial bərabərlik məsələsi

"Bu gün cəmiyyətimizdə müzakirə olunan məsələlərdən biri də məktəblərdə vahid forma məsələsidir. İlk növbədə, dünyəvi dövlət anlayışı dövlət müəssisələrinin və təsisatlarının da dünyəviliyini nəzərdə tutur. Dünyəvilik dövlətin bütün sosial institutlarını əhatə edən anlayışdır. Əgər Konstitusiyamızd

15 oktyabr
.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb ölkələrində erkən nikahın acı reallığı

Erkən nikah yalnız iki insanın ailə qurması məsələsi deyil, uşağın taleyini, sağlamlığını, təhsilini və gələcəyini müəyyən edən ciddi sosial və humanitar problemdir. Dünyanın müxtəlif bölgələrində, xüsusilə yoxsulluğun, gender bərabərsizliyinin, silahlı münaqişələrin və patriarxal ənənələrin güclü olduğ

14 oktyabr
.

İlham Əliyevin prezidentliyinin 23 ili: Zəfərlə möhkəmlənən dövlətçilik, dəyişən geosiyasi reallıqlar və Azərbaycanın yeni hədəfləri

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. 2003-cü ildə başlayan bu siyasi mərhələ Azərbaycanın müasir tarixində mühüm dəyişikliklərlə, strateji qərarlarla və ölkənin regional mövqeyinə təsir göstərən hadisələrlə yadda qalıb. Bu illər ərzind

14 oktyabr
.

Aprelin 1-dən kartdan karta köçürmələrdə komissiya tutulacaq - Rəsmi

Xəbər verdiyimiz kimi, Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. "Qafqazinfo"nun məlumatına görə, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaiti

14 oktyabr
.

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Rəsmi açıqlama

"Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyy

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr