Daha bir universitetdə tələbələrlə bloqerlərin görüşü tənqid olundu - FOTO
Daha bir universitetdə tələbələrlə bloqerlərin görüşü tənqid olunub.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrlə bloqerlərin görüşünə dair video yayılıb.
Universitetin akt zalında keçirilən görüşdə qocaman müəllimin də bloqerlərə sual ünavanlaması müzakirələrə səbəb olub.
Sosial şəbəkə izləyiciləri pedaqoji təhsil verən universitetin bu addımı atmasını sərt tənqid ediblər.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə əlaqə saxladıq.
Ali təhsil ocağının mətbuat katibi Cavid Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, son günlər sosial şəbəkələrdə bəzi universitetlərdə, o cümlədən ADPU-da bloqer və aktyorlarla görüşlər barədə müxtəlif fikirlər irəli sürülür:
"Bu məsələ ilə bağlı qeyd etmək istərdik ki, hazırda universitetimizdə yeddi tələbə təşkilatı və 10-dan çox tələbə klubu fəaliyyət göstərir. Universitet tələbələr tərəfindən maraq dairələrinə uyğun qonaqların dəvət olunub görüşlər keçirilməsinə qarşı çıxmır. Tələbələr asudə vaxtlarını müxtəlif formada dəyərləndirirlər.
Bu tədbirlər və görüşlər həm maarifləndirici, həm də əyləncə xarakteri daşıya bilər. ADPU-da yazıçılar, tarixçilər, aktyorlar, jurnalistlər, həkimlər, qazilər, şəhid ailələri, tanınmış alimlər, xarici universitetlərin mütəxəssisləri, professorları və digər şəxslərlə mütəmadi görüşlər keçirilir".
"Dünənki görüşdə isə Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Fuad İsgəndərov və Günel Rəhim iştirak ediblər. Adıçəkilən şəxslər son illərin tanınmış aktyorları, eyni zamanda gördükləri işlərlə gənclərin sevimlisinə çevrilmiş adamlardır", - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrlə tiktokerlərin görüşünün təşkil olunması ilə bağlı yayılan görüntülər tənqid olunmuşdu. İzləyicilər tiktokerlərlə görüşün bu səviyyədə təşkilinin nüfuzlu ali təhsil müəssisəsinə uyğun olmadığını bildiriblər.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video