"Rusiya sülhməramlıları iki il ərzində qanunsuz əməlləri ilə onlara olan inamı itiriblər" - Deputatla Müsahibə

"Rusiya sülhməramlıları iki il ərzində qanunsuz əməlləri ilə onlara olan inamı itiriblər" - Deputatla MüsahibəDeputat Cavanşir Paşazadə ekoloqların, vətəndaş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin, tələbələrin Xankəndi ətrafında keçirdikləri aksiya ilə bağlı Sonxeber.az-ın suallarını cavablandırıb.

-Cavanşir müəllim, 3 gündür ki, ekoloqlar, vətəndaş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin, tələbələrin Xankəndi ətrafında Qarabağda yerləşən qızıl, mis, molibden yataqlarında monitorinq keçirilməsinə maneçilik törədən Rusiya sülhməramlıların qanunsuz fəaliyyətinin qarşısının alınmasına yönəlmiş dinc aksiya keçirməkdədir.

- Şuşa - Xankəndi yolunda azərbaycanlı ekoloqların, vətəndaş qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin keçirdiyi aksiya Rusiya sülhməramlıların qanunsuz fəaliyyətinə yönəlib. 2020-ci ilin 10 noyabrın imzalanan Üçtərəfli bəyanata görə Rusiya sülhməramlıların əsas missiyası Qarabağdakı erməni terrorçularını bizim torpaqlarımızı tərk etməsini təmin etməkdir. Təəssüf ki, 2 il ərzində Rusiya sülhməramlıları üzərinə düşən missiyanı yerinə yetirmək əvəzinə qanunsuz əməllərə yol verməkdədir. Onların bir həftə öncəki qanunsuz əməli Azərbaycan xalqının səbrini daşıran son addım oldu. Tarix boyu Azərbaycan xalqı erməni terroruna məruz qalıb. 30 ildən artıqdır ki, təbii sərvətlərimiz erməni vandalları tərəfindən vəhşicəsinə talan olunur və Azərbaycanın ekologiyasına bərpası mümkün olmayan zərər vurulur. Təəssüf ki, hazırda bütün bu vəhşiliklər Rusiya sülhməramlıların gözləri önündə davam etdirilir. Dəfələrlə bununla bağlı Rusiya sülhməramlılarına xəbərdarlıq olunub.Təbii sərvətlərimiz pirat üsulu ilə daşınmaqla yanaşı, istehsalatda istifadə olunan kimyəvi məhsullar ekoloji balansı pozur. Təbbi ki, Azərbaycan xalqı bu qanunsuzluqla barışa bilməzdi. Necə ki, torpaqlarımızın işğalı ilə barışmadığı kimi. Xalq-dövlət-ordu birliyi 30 illik ədalətsizliyə son qoydu və Qarabağı öz sahibinə geri qaytardı. Hazırda, Şuşa-Xankəndi yolunda keçirilən aksiyada soydaşlarımız birlik olaraq Azərbaycan xalqının həmrəylini Rusiya sülhməramlılarına göstərməkdədirlər. Əlbəttə ki, bu aksiya ilə Azərbaycan xalqı növbəti dəfə öz qəhrəmanlığını göstərir, əlisilahlı sülhməramlılarla qarşısında öz gücünü göstərir.

-30 ildən çoxdur ki, təbii sərvətlərimiz talanır və Qarabağdakı mədəniyyət və tarixi abidələrimiz talan olunmaqda davam edir. Rusiya sülhməramlıları nəyinki bunun qarşını alır, hətta erməni terrorçuların Qarabağda rahat fəaliyyət göstərməsi üçün yardım edirlər.

-Ermənilər mədəniyyət uzaq, əlləri körpə qanına bulaşmış vandal və vəhşi xalqdır. Onlar 30 il ərzində işğal etdikləri şəhər və rayonlarında tarixi və mədəniyyət abidələrimizi məktəbləri, məscidləri, yaşayış binalarını dağıtmış, meşələri yandırmış, sözün əsil mənasında ekoloji terror törədiblər. Məsciddə donuz saxlayan xalqdan başqa nə addım gözləmək olar? Hər zaman Şuşa şəhərinin əsas simvollarından olan və hər zaman axar olan İsa bulağımız ermənilər tərəfindən qurudulmuşdu. 30 ildə qurudulan bulaq yenidən öz gözəlliyinə qovuşmaqdır.

Ermənistanın qanunsuz olaraq milli sərvətlərimizdən istifadə etməsinə sülhməramlıların göz yuması bizim üçün qəbuledilməzdir və buna görə də iki gündür Şuşa -Xankəndi yolunda ekoloji terrora qarşı etiraz aksiyası həyata keçirilir. Sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında bu tip nümayişlərin Azərbaycan vətəndaşları tərəfindən təşkil edilməsi gözlənilən idi.

- Cavanşir müəllim, mətbuat da gedən məlumatlarda Rusiya sülhməramlıların arasında ermənilərin olması da qeyd olunur. Belə olan halda Rusiya sülhməramlılarına necə inanmaq olar?

-Əlbəttə, inanmaq olmaz. Hətta ki, Volkovun Vardanyanla şərikli biznesinin olması barədə də məlumatlar da yayılmaqdadır. Volkovun bu addımları Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbədir.Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlər qeyri-qanuni istismar edilir. Azərbaycan tərəfi bununla bağlı Rusiya sülhməramlının komandanlığına dəfələrlə müraciət etsə də hər də müxtəlif bəhanələr və maneələr törədilib. Ötən həftə də Azərbaycan həmin ərazilərə ekoloji missiya göndərmişdi, amma sülhməramlılar azərbaycanlı jurnalistlərin işinə maneə törədərək onların danışıqların aparıldığı Xocalı rayonuna girişinə icazə vermədilər. Sülhməramlıların bu qanununsuz addımı səbrimizi daşıran son damla oldu. Görünən odur ki, Sülhməramlılar bu iki il ərzində hələ də məramlarını anlamayıblar. Əminəm ki, xalqımızın hazır ki, həmrəyliyi Rusiya sülhməramlılarına layiqli dərsi verərək, və onlar Azərbaycan torpaqlarında olduqlarını xatırlayacaqlar. Hesab edirəm ki, Şuşa-Xankəndi yolunda keçirilən aksiya davam etdirilməli və iştirakçıların tərkibi genişdirilməlidir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərin əldə edilməsinə kömək edən xalqımızın həmrəyliyi yenə də öz sözünü deyəcək.

-Cavanşir müəllim, Rusiya sülhməramlıların qanunsuz əməlləri davam edərsə onların yardımından imtina edilə bilərmi?

- Rusiya sülhməramlılar iki il ərzində fəaliyyətləri ilə onlara olan inamı sıfıra endirdilər. Bəyanatın imzalanmasından iki il keçsə də erməni terrorçuların tör-töküntüsü hələ də Qarabağda qalmaqda davam edir. Onların törətdiyi təxribatlar da Rusiya sülhməramlıların yerləşdiyi ərazilərdə törədilir. Təbii ki, bu da özlüyündə sülhməramlıların erməni terrorçularına dəstək olması şübhəsi yaradır. Hazırda, sülhməramlılar Azərbaycan respublikasına aid olan torpaqlarda olduqlarını unudurlar.

-İki gündür ki, ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə aksiyası keçirir. Onlar faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.
Məqsədimizə nail olana qədər də geri çəkilməyəcəyik. Əminəm ki, 44 günlük Vətən müharibəsindəki döyüş meydanında əldə etdiyimiz qələbəmizi burada da təkrarlayacağıq. Çünki xalq-dövlət-ordu birliyinin nail olmayacaq heç bir çətinlik yoxdur.

-Rusiya sülhməramlıların qanunsuz əməlləri davam etdirilərə onlar Qarabağdan çıxarıla bilərmi?

- Bu qərarı vermək səlahiyyəti Ali Baş Komandan İlham Əliyev aiddir. Bu gün bizim nəyi? necə? nə zaman? edilməli olduğunu yaxşı bilən ölkə başçısına sahibik. Ölkəmiz 90-cı illərindəki kimi sahibsiz və başsız deyil ki, gələn-gedən ölkəmizdə at oynatsın. 44 günlük Vətən müharibəsində gücümüzü nəyinki düşmən bütün dünya gördü. Ali Baş Komandanın yüksək liderlik və sərkərdəlik qabiliyyəti bizə möhtəşəm zəfəri qazandırdı. Sülhməramlılarla bağlı ən doğru qərarı cənab prezident verəcək. Sadəcə bir az səbirli olmaq lazımdır.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1249   Tarix: 14 dekabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşaqlığı əlindən alınan qızlar: İran, Əfqanıstan və ərəb ölkələrində erkən nikahın acı reallığı

Erkən nikah yalnız iki insanın ailə qurması məsələsi deyil, uşağın taleyini, sağlamlığını, təhsilini və gələcəyini müəyyən edən ciddi sosial və humanitar problemdir. Dünyanın müxtəlif bölgələrində, xüsusilə yoxsulluğun, gender bərabərsizliyinin, silahlı münaqişələrin və patriarxal ənənələrin güclü olduğ

14 oktyabr
.

Uşağı anlamaqdan insan yetişdirməyə: Müasir məktəbin psixoloji missiyası

"Uşağın davranışını dəyişdirməyə tələsməzdən əvvəl, onun dünyasını anlamağa çalışaq. Məktəbdə bəzən müəyyən şagirdlər haqqında belə ifadələr eşidirik: "Çox çətin uşaqdır", "Heç kimə qulaq asmır", "Dərsə marağı yoxdur", "Aqressivdir", "Özünü idarə ed

15 oktyabr
.

Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi

Bloger Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov aliment borcuna görə inzibati qaydada həbs edilib. Axşam.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinin qərarına əsasən, uzun müddətdir aliment öhdəliyini yerinə yetirməyən O.Əhmədov 10 sutkalıq inzibati həbsə məhkum olunub. Qeyd edək ki, tərəflə

15 oktyabr
.

"Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir" - Azər Badamov

"Azərbaycan hüquqi, dünyəvi, demokratik və unitar dövlətdir. Konstitusiyamızda dövlətin dindən ayrı olması, təhsilin isə dünyəvi xarakter daşıması prinsipləri təsbit olunub. Məktəb dini ibadət yeri deyil, təhsil müəssisəsidir. Nazirlər Kabinetinin müvafiq qərarının məqsədi də məktəbdə vahid təhsi

14 oktyabr
.

"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova

"Bugünkü müzakirələrin arxasında daha geniş suallar dayanır: biz hansı cəmiyyətdə yaşamaq, hansı dəyərlərlə gələcəyə getmək, övladlarımızı necə yetişdirmək istəyirik? Təhsil yalnız bilik ötürən, diplom verən, peşə qazandıran bir sistemdirmi, yoxsa həm də insanın dünyagörüşünü, vətəndaşlıq mövqeyini

15 oktyabr
.

Azyaşlı qızların taleyi bazarlıq mövzusu deyil: İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikahın acı həqiqətləri

Uşağın uşaqlığını əlindən almaq ənənə deyil, hüquq pozuntusudur! Azyaşlı qızın gələcəyini böyüklərin qərarına, yoxsulluğa, məcburiyyətə və sosial təzyiqə qurban vermək nə mənəvi, nə də hüquqi baxımdan qəbul edilə bilər. İran, Əfqanıstan və bəzi ərəb ölkələrində erkən nikah problemi cəmiyyətlərin uşaqlar

14 oktyabr
.

Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi

Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri

14 oktyabr
.

Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi

Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması, şagirdlər arasında vahid geyim mədəniyyətinin formalaşdırılması və məktəb mühitində bərabərliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi məktəb intizamının tərkib hissəsidir

14 oktyabr
.

Sabah 31° isti olacaq

Oktyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq

15 oktyabr