Media nümayəndələri İngiltərədə "Poz-Qazan" biletlərinin çap olunduğu fabrikdə - FOTO/VİDEO
"Azərlotereya" ASC ani lotereyaların çap olunduğu "Scientific Games" şirkətinin İngiltərənin Lids
şəhərindəki fabrikinə media nümayəndələrinin səfərini təşkil edib.
Nümayəndə heyəti "Scientific Games"in Lidsdəki fabrikində "Poz-Qazan" biletlərinin
hazırlanması və çap prosesi ilə tanış olub. Burada lotereya biletləri müasir texnoloji
avadanlıqlarla Dünya Lotereyalar Assosiasiyasının standartlarına uyğun şəkildə və insan
müdaxiləsi olmadan hazırlanır. Səfərdə iştirak edən jurnalistlər onları maraqlandıran suallara
cavab tapıblar.
"Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu "Scientific Games"in lotereya
sənayesi sahəsində öncül şirkətlərdən olduğunu vurğulayıb: "Azərlotereya" olaraq fəaliyyətimizi
operativlik, şəffaflıq, təhlükəsizlik, güvən və "Məsuliyyətli Oyun" prinsipləri ilə reallaşdırırıq. Bu
məqsədlə dünyanın öndə gələn şirkətlərindən – sahəsində lider olan "Scientific Games"lə
əməkdaşlıq edirik.
"Azərlotereya" ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirən "Scientific Games"in
beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Kevin Anderson məmnunluğunu gizlətməyib:
"Azərlotereya" ilə sıx əməkdaşlıq edirik - "Poz-Qazan" ani lotereyaları, bizim texniki dəstəyimizlə
təşkil olunan tirajlı lotereyalar, virtual mühitdə oynanılan ani lotereyalar və idman mərc
oyunları. Biz bu əməkdaşlıqdan məmnunuq. Şirkətlərimiz arasında əməkdaşlıq səviyyəsi
möhtəşəmdir".
Fəaliyyətində beynəlxalq təcrübəyə əsaslanan "Azərlotereya" ASC qlobal lotereya sənayesində
önəmli yer tutan "Scientific Games"lə əməkdaşlıq edir. Lotereyaların təşkilində yüksək
texnologiyaya sahib peşəkar şirkətlərdən sayılan "Scientific Games" 1973-ci ildən dünyada ilk
təhlükəsiz lotereya oyunlarının hazırlanması ilə tanınır. Şirkət 50-dən çox ölkə üzrə 130-dan çox
lotereya təşkilatçısı ilə əməkdaşlıq edir. "Azərlotereya" ASC-nin bütün ani lotereya biletləri
şirkətin Böyük Britaniyada yerləşən fabrikində dizayn və çap edilir.
Qeyd edək ki, "Azərlotereya" ASC şans oyunları üzrə dünyanın aparıcı təşkilatı Dünya Lotereya
Assosiasiyası (WLA) və Avropa Lotereyalar və Toto Assosiasiyasının (EL) üzvüdür.








Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video